Bu gün səhər saat 10:30 radələrində Ələt-Astara magistralının 219-cu km-də insan tələfatı ilə nəticələnən ağır yol qəzası baş verib.
Lerik rayon sakini, 45 yaşlı Faiq Baloğlan oğlu Həmidovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn “VAZ-2106” markalı avtomaşınla toqquşub.
Yolun Astara rayonunun Pensər kəndindən keçən hissəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib. Həyatını dəyişənlərin Astara rayonunun Siyaku kəndindən olduğu deyilir. Onların hər ikisi yaxın qohumdur. Astara rayonunun Siyaku kənd sakini, 22 yaşlı Rəşad Şiroğlan oğlu Dadaşovun idarə etdiyi “VAZ-2106” markalı maşın tamamilə yararsız vəziyyətə düşüb. Nəticədə həm sürücü, həm də maşındakı sərnişin 18 yaşlı Elvin Baxış oğlu Salayev aldıqları xəsarətlərdən hadisə yerində keçiniblər. Hadisənin şahidləri qəzaya yüksək sürətin səbəb olduğunu deyirlər.