Dəhşətli qəza: 33 yaşlı şəxs öldü

Dəhşətli qəza: 33 yaşlı şəxs öldü
Bütün Xəbərlər
07:24 09.08.2012
1723

Göyçay rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Məlumata görə hadisə ötən gecə axşam saat 21:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 209-cu kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Göyçayın Bığır kənd sakini 33 yaşlı Nuriyev Vüsal İlham oğlu 23-BE-547 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yoldan çıxararaq aşırıb. Hadisə nəticəsində sürücü Vüsal Nuriyev dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR