Dəhşətli qəza: sərnişin maşında diri-diri yandı

Dəhşətli qəza: sərnişin maşında diri-diri yandı
Bütün Xəbərlər
11:12 17.09.2013
1114

Sumqayıt şəhərində vətəndaşa məxsus “Niva” markalı minik avtomobilinin digər vətəndaşa məxsus “Subaru” markalı minik avtomobili ilə toqquşması nəticəsində yanğın baş verib. AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nəticədə “Niva”nın sürücüsü müxtəlif bədən və yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hadisə zamanı “Niva”da olan sərnişin 1958-ci il təvəllüdlü Novruzov Yaşar Novruz oğlunun meyiti aşkar olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR