Dəhşətli qəzada ölən bankir xanım məşhur övladı imiş – Nənəsigilə gedirmiş

Dəhşətli qəzada ölən bankir xanım məşhur övladı imiş – Nənəsigilə gedirmiş
SOSİAL
15:48 24.12.2018
36185
Xəbər verdiyimiz kimi, dekabrın 21-i axşam saatlarında Nobel prospektində baş vermiş dəhşətli yol qəzası zamanı Ləman Rafiq qızı Süleymanlı həlak olub.

1981-ci il təvəllüdlü Ləman Süleymanlı 16 yaşlı sərxoş "sürücü”nün qurbanı olub. Sürücülük vəsiqəsi olmayan Qurbanəli Qurbanov "Nissan” markalı avtomobillə yüksək sürətlə hərəkət edərək, L.Süleymanlını vurub və aldığı xəsarətlərdən o, hadisə yerindəcə dünyasını dəyişib.

AZXEBER.COM qəzada dünyasını dəyişmiş gənc xanımla bağlı araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, Ləman Süleymanlı maliyyə sektorunda çalışır və məşhur övladıdır. Mərhum yoldaşları ilə işdən evə gələrkən yarıyolda fikrini dəyişərək, nənəsigilə getməyi qərara alıb. Bu zaman yol keçərkən onu maşın vurub.

Ləman Rafiq qızı Süleymanlı 1981-ci ilin aprel ayında Bakı şəhərində anadan olub. 1998-ci ildə Xətai rayonu 204 saylı orta məktəbini, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr, 2004-cü illərdə isə magistr dərəcələri üzrə bitirib. Əmək fəaliyyətinə bank sahəsində başlayan Ləman Süleymanlının son iş yeri "AzərTürkBank" olub. Bu bankda mühasib – şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan, rus və ingilis dillərində peşəkar biliklərə malik olan maliyyəçi xanım gənclər üçün təşkil olunan bir çox təlimlərdə mühazirələr söyləyib. Ölkəmizi beynəlxalq miqyaslı tədbirlərlə ləyaqətlə təmsil edib. 

Məhrumun atası Rafiq Süleymanlı əməkdar müəllimdir. Heydər Əliyev adına Liseydə çalışan R.Süleymanlı Xətai rayon Təhşil şöbəsinin müdir müavini olub. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanları zamanı sualların tərtibatında yaxından iştirak edib və qurumun eksperti olub. Filologiya üzrə fəlsəfə doktorudur.

Anası Pəri Süleymanlı isə "Evrika Liseyi”nin direktor müavinidir. Buna qədər isə Heydər Əliyev adına Liseydə direktor müavini olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. 

Daha bir istedadlı və parlaq bir gənc "trafik canavarı”nın qurbanı oldu. Daha dəqiq ifadə etsək, maşına qudurğan münasibət onun arzularını yarımçıq qoydu. Sonda qeyd edək ki, L.Süleymanlı subay idi.

// Azər Niftiyev, AZXEBER.COM
 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə
19:52 18.04.2026
Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə