Dəhşətli qəzada ölən tələbə məmur oğlu imiş

Dəhşətli qəzada ölən tələbə məmur oğlu imiş
SOSİAL
09:59 28.09.2022
3108
Bir neçə gün əvvəl Bakıda baş vermiş dəhşətli yol qəzasında həlak olan Elvin Əzizli vəzifəli şəxsin oğlu imiş.

AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, E.Əzizlinin atası Şahin Əzizov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan Regional şöbəsinin rəisidir.

Bu barədə rəsmi qəzetdə Dövlət Əmək Müfəttişliyi Xidmətnin rəhbərliyi və kollektivi Ş.Əzizova başsağlığı veriblər.

Qeyd edək ki, E.Əzizli Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi idi.

Xatırladaq ki, faciəvi hadisə akademiyanın qarşısında baş verib. Firdovsi Eyvazov idarə etdiyi "KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub. Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.
OXŞAR XƏBƏRLƏR