Rusiyanın "MetroJet" ("KoqalımAvia") aviaşirkətinə məxsus "Airbus A 321" sərnişin təyyarəsi Misirin Sinay yarımadasının şimalındakı Əl Ariş şəhərindən 100 km cənubda, dağlıq ərazinə yerə düşərək parçalanıb.
Təyyarədəki 224 nəfərin hamısının həlak olduğu bildirilir.
Misirin Mülki Aviasiya Nazirliyindən Al Arabia-ya verilən məlumata görə, olay yerində 45 təcili yardım maşını var.
Qəza yeri Əl Kantala və Əl Laksima şəhərlərinin arasındadır.
Təyyarə Şarm əl Şeyx şəhərindən Sankt-Peterburqa uçurdu.
"Koqalımavia"nın qəzaya uğramış "A 321" təyyarəsi ilk uçuşunu 18,5 il əvvəl edib.
Milli.Az Airfleets.net-ə istinadən bildirir ki, təyyarə əvvəllər "663" nömrəsi ilə Livanın MEA, Türkiyənin "Onur Air" və Səudiyyə Ərəbistanının "Saudi Arabian Airlines" aviaşirkətlərinə məxsus olub.
"Koqalımavia" bu təyyarəni 2012-ci ildə satın alıb və "EI-ETJ" kodu ilə qeydiyyatdan keçirib.
Al Jazeera bildirir ki, Sinay yarımadasındakı bütün xəstəxanalar fövqəladə iş rejiminə keçirilib.
O da məlum olub ki, qəzaya uğramış təyyarənin heyəti son bir həftə ərzində mühərriklərin nasazlığı ilə bağlı dəfələrlə texniki xidmətə müraciətlər ediblər.
///milli.az