Dekabr ayında ölkədə hava necə olacaq?

Dekabr ayında ölkədə hava necə olacaq?
Bütün Xəbərlər
13:53 30.11.2012
1219
Dekabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun müsbət və kiçik mənfi fərqlə iqlim normasına əsasən yaxın olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ayın əvvəlində havanın temperaturunun normadan 3 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısında ayrı-ayrı günlərdə temperaturun normadan bir qədər aşağı enəcəyi gözlənilir. Respublika üzrə yağıntılar qeyri-bərabər paylanacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı ehtimal olunur.Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr 2-7 dərəcə isti olacağı, ayın ikinci yarısının bəzi günlərində temperaturun 0 dərəcəyə enəcəyi, gündüzlər 8-13, ayın əvvəlində 15-18, ayın ikinci yarısının bəzi günlərində isə 4-7 dərəcə isti təşkil edəcəyi gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-34 mm) olacağı ehtimal olunur.Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 4-9 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 7-12, ayın əvvəlində 14-16, ayın ikinci yarısında bəzi günlərdə 1-6 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-35 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 6-11 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 4-9 dərəcə isti olacağı, ayın əvvəlində 12 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısının bəzi günlərində 0-4 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-53 mm) olacaq.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 3-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr 1-5 dərəcə isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta olacağı, gündüzlər 7-12 dərəcə isti olacağı, ayın əvvəlində 16 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısının bəzi günlərində isə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-16 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 4-9 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər 4-9 dərəcə isti təşkil edəcəyi, ayın əvvəlində 12 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısının bəzi günlərində isə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-48 mm) olacaq.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 2-6 dərəcə isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 0-3 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 8-13, ayın əvvəlində 14-17, ayın ikinci yarısının bəzi günlərində 3-7 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-32 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü