Delta Telekom Internetin qiymətlərini 40 % endirdi

Delta Telekom Internetin qiymətlərini 40 % endirdi
Bütün Xəbərlər
13:32 20.06.2011
2993

Delta Telekom yeni İpV6 6-cı nəsil İnternet texnologiyasını ölkəyə gətirir və növbəti dəfə internet tariflərində endirimlər təqdim edib.

Bu barədə açıqlama verən Delta Telekom şirkətinin texniki direktoru Rahid Ələkbərli bildirib ki, şirkətin atdığı bu istiqamətdə atdığı addımların davamlı və müntəzəm olduğunu açıqlayıb: “Ötən il ölkəmizdə internet tariflərinin iki dəfə endirilməsinə nail olduq və hal-hazırda da bu siyasətimiz davam edir. Bu gün bir çox sosial şəbəkə istifadəçilərinin sayının artması onu göstərir ki, Azərbaycanda internet öz dinamik inkişafını davam etdirir. Digər tərəfdən keyfiyyətin artırılması nəticəsində bu gün Azərbaycanda son istifadəçilərin böyük bir hissəsi Dial-up texnologiyalarından imtina edərək FTTx və ya ADSL texnologiyalarına keçib”.

R. Ələkbərli onu da bildirib ki, Azərbaycana daxil olan internet magistralında boş qalan tutumlar mövcuddur, yəni Azərbaycana gətirilən tutumların həcmi satılan tutumların həcmindən çoxdur. Yəni ölkəmizə gətirilən internet resurslarının 30 faizi satılır, qalan resurslar boş qalırdı. Texniki direktor boş qalan resursun realizəsi üçün bir sıra texniki problemlərin olduğunu bildirib.

Delta Telecom-dan həmçinin bildirilib ki, Azərbaycanın gələcək internet infrastrukturunun daha da modernləşdirilməsi məqsədilə Azərbaycanın indiki resurslarından min dəfələrlə çox - 4,3 milyard yeni İPv6 İnternet ünvanları alınmışdır. Yeni İnternet resursları sayəsində milyonlarla internet istifadəçisinə yüksək keyfiyyətli internet çatdırmaq mümkündür. Söhbət İpV6 - 6-cı nəsil internet texnologiyalarından gedir. Azərbaycanda bu texnologiya tam yenidir. İndiyədək dünyanın çox yerlərində olduğu kimi Azərbaycanda da İPv4 texnologiyadan istifadə olunur. Və artıq son illərdə bu standartla olan İP ünvanların tükəndiyi bildirilirdi. İPv6-nin tətbiqi milli internet şəbəkəmizdə İnternet ünvanları probleminin birdəfəlik həlli deməkdir

Xatırladaq ki, regionda ilk dəfə olaraq bu texnologiya Azərbaycanda tətbiq olunur.

O da məlumdur ki, Delta Telekomun internet magistralı təkcə Azərbaycana yox, bütün bölgəyə xidmət edir. Reallıq onu göstərir ki, Delta Telekom-un İnternet magistralı artıq dördüncü ildir ki, regionda həm keyfiyyət həm də qiymət siyasətilə öz birinciliyini qoruyub saxlayır. 6-cı nəsil İnternet texnologiyalarının regionda ilk dəfə tətbiq etməklə öz mövqeyini bir daha möhkəmləndirdi.

Digər tərəfdən bu layihələrin həyata keçirilməsi İnternet Servis Provayderlərin investisiya maraqlarının artırılmasına imkan yaradacaq.

Daha bir sevindirici xəbər isə Delta Telekom tərəfindən İnternetin tariflərində edilən endirimlərlə bağlıdır.

Delta Telekom şirkəti İnternet istifadəçilərinə satılan internetin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə ciddi endirim etməyi planlayıb. Tutumu 100Mbit/s-dən çox olan, borcu olmayan ISP və böyük istifadəçilər üçün ödənişlərin səviyyəsi saxlanılmaqla 01.07.2011-ci il tarixindən müvafiq olaraq tutumların artırılması yolu ilə tariflər hər 1Mbit//s İnternet xidməti üçün 50 AZN-dən 30 AZN-ə (ƏDV-siz) kimi aşağı salınacaq.

İnternet kanallarının tutumu 10 Gbit/s və yuxarı olan ISP və böyük istifadəçilər üçün hər Mbit/s-yə 25 AZN (ƏDV-siz) tarif tətbiq ediləcək.

Göründüyü kimi, Delta Telecom hər 1Mbit//s İnternet xidmətinin qiymətini 40% dək aşağı salmaqla 50 AZN-dən 30 AZN-ə (ƏDV-siz) endirib.

Bu addımdan sonra 2-ci səviyyəli İnternet provayderlərin də internet xidmətlərinin qiymətlərində endirimlər edəcəyini gözləmək məntiqli olar.

 

/// xeberler.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
17:42 12.08.2025
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
17:39 12.08.2025
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
17:31 12.08.2025
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
17:17 12.08.2025
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
17:00 12.08.2025
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
17:00 12.08.2025
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
16:53 12.08.2025
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
Emoməli Rəhmon Prezident İlham Əliyevə məktub ünvanlayıb
16:44 12.08.2025
Emoməli Rəhmon Prezident İlham Əliyevə məktub ünvanlayıb
Məşhur aktyorun evinə girən oğrular saxlanıldı
16:43 12.08.2025
Məşhur aktyorun evinə girən oğrular saxlanıldı
Zakir İbrahimov nazir təyin olunur?
16:41 12.08.2025
Zakir İbrahimov nazir təyin olunur?
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə: Blogerlər vergiyə necə cəlb olunur? - ARAŞDIRMA
16:09 12.08.2025
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə: Blogerlər vergiyə necə cəlb olunur? - ARAŞDIRMA
“Donald Tramp Nobel Sülh Mükafatına layiqdir” - Deputat
16:07 12.08.2025
“Donald Tramp Nobel Sülh Mükafatına layiqdir” - Deputat
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
15:49 12.08.2025
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
15:38 12.08.2025
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
15:29 12.08.2025
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR