Dəm qazı 1 uşağı yetim qoydu

Dəm qazı 1 uşağı yetim qoydu
Bütün Xəbərlər
11:40 01.12.2014
807
Bakıda daha bir zəhərlənmə faktı qeydə alınıb.
AZXEBER.COM-un məlumatına görə, paytaxtın NZS qəsəbəsində baş verən hadisə zamanı bir nəfər dəm qazından zəhərlənib.
Hadisə qəsəbənin Lazovski küçəsində mənzil 12-də qeydə alınıb. Hadisə yerindəki şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, zəhərlənmiş şəxs 27 yaşlı Murad adlı gənc olub.
O bu mənzilə yenicə köçübmüş. 1 uşaq atası olan şəxsin meyiti artıq mənzildən çıxarılıb.
İlkin ehtimala görə, hadisə qaz sızmasından meydana gəlib.
OXŞAR XƏBƏRLƏR