Suriya ilə Türkiyə arasında əməkdaşlıq strateji xarakter daşıyır və son vaxtlar iki qonşu ölkə arasında 40-dan çox saziş imzalanıb.
Bunu Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Yaxın vaxtlarda ikitərəfli ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdırmaq niyyətindəyik", - deyə diplomat bildirib. O qeyd edib ki, Dəməşq və Ankara enerji sahəsində də hərtərəfli saziş imzalamağı planlaşdırır.
///report///











































