'Deməyə sözümüz var' - FOTOSƏRGİ

GƏNCLİK
17:37 19.11.2012
1580

Azərbaycan Uşaqlar Birliyinin (AUB) həyata keçirdiyi və İREX Beynəlxalq Təşkilatı tərəfindən dəstəklənən “Deməyə sözümüz var” Foto jurnalistika vasitəsi ilə həssas təbəqədən olan uşaq və gənclərin gözü ilə sosial reinteqrasiya fəaliyyəti layihəsi çərçivəsində noyabrın 16-sı Bakının “Park Bulvar” AVM-də “Deməyə sözümüz var” fotosərgisinin rəsmi açılışı oldu. Açılışda AUB fəalları ilə bərabər, layihədə iştirak edən yeniyetmələr, müxtəlif universitetin tələbələri, məktlilər, bir sıra yerli QHT aktivləri, eləcə də KİV nümayəndələri iştirak edirdilər. Açılış mərasimində çıxış edən layihə icraçıları 11 ay ərzində (yanvar 2012-noyabr 2012) həyata keçirilən fəaliyyətlərdən ətraflı danışdılar, onun yekunu, əldə edilən uğurları və davamlılığı barədə məlumatla bölüşdülər. Sonra qonaqlar sərgidə nümayiş olunan fotoişlər ilə tanış olmaq üçün dəvət edildilər. Noyabrın 21-nə kimi davam edəcək fotosərgidə bu ilin aprel ayında Bakıda təşkil edilən “Foto jurnalistika” mövzusu üzrə təlimlərdə iştirak etmiş Bakı, Lənkəran, Bərdə və Naxçıvandakı orta və peşə təhsili məktəbləri, internat, liseylərdən, eləcə də, AUB nəzdindəki Uşaq Sığınacağından ümumən 25 nəfər yeniyetmə və gəncin foto işləri nümayiş etdiriləcək. Fotolarda uşaqların gözü ilə sosial problemlər əks olunmuş, geniş ictimaiyyətin diqqətini həmin problemlərə cəlb etməyə çalışılmışdı. Qeyd edək ki, bu foto sərgi eyni zamanda bu ilin sentyabr ayında Bilsuvarda yerləşən Mübariz İbrahimov adına lisey-məktəb kompleksində və oktyabr ayında Gəncə şəhəri “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ofisində təşkil edilmişdi. Həmçinin “Park Bulvar” AVM-də təşkil edilən sərgi yekunlaşandan sonra bu fotolar sosial şəbəkələrdə, digər yeni media vasitələri ilə geniş şəkildə ictimaiyyətə təqdim olunacaq. Sözügedən layihənin məqsədi, həssas təbəqədən olan uşaq və gənclərin yeni media texnologiyalarından istifadəsini artıqmaq, onların cəmiyyətə səmərəli inteqrasiyasına və foto jurnalistika vasitəsilə öz fikirlərini və sosial mesajlarını cəmiyyətə, xüsusən də hökumət təşkilatlarına çatdırmağa kömək etməkdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
20:00 16.10.2026
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Ukraynada keşiş 3 nəfəri güllələyib
19:38 16.10.2026
Ukraynada keşiş 3 nəfəri güllələyib
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
19:26 16.10.2026
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
19:13 16.10.2026
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
18:55 16.10.2026
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
18:30 16.10.2026
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib