Dəmir sevgillərin şəhəri Batumidən -REPORTAJ

Dəmir sevgillərin şəhəri Batumidən -REPORTAJ
Bütün Xəbərlər
10:00 15.12.2015
5405

Günay MalikqızıSevgi–Batumidə ilk hiss etdiyim bu oldu. Bu balaca şəhərə axşamtərəfi çatdıq. Tbilisidən 6 saatlıq yol məni yormamışdı. Rahat avtobusumuzun pəncərəsindən gördüklərim ürəyimi açırdı, ona görə də Batumiyə çatanda yorgun yox, səbirsiz idim.

Yeni nəsə görmək istəyim məni və mənim kimi düşünən 7 yol yoldaşımı Batuminin Yeni Bulvarına gətirdi. Yaxşı ki, biz Batumiyə hava qaralanda çatmışdıq. Düzdür gündüz vaxtı da Batumi Bulvarı müasir dizaynlı binaları, maraqlı heykəlcikləri, balaca satış məntəqələri ilə insana zövq verir,

Batumi Bulvarının gecə mənzərəsi

Amma məncə Yeni Bulvarın qeyri adi kompazisiyası “Əli və Nino” heykəli qaranlıqda xüsusi işıqlandırması ilə daha sehirli olur. Əslində 2011-ci ildə dəniz qırağında, şəhərin girəcəyində qurulan bu əsərə “Kişi və Qadın” adı verilsə də yerli camaat sevgi himni altında hərəkət edən 8 metrlik qadın və kişiyə “Əli və Nino” deməyə başlayıblar. Mən də onlara bu adı daha çox yaraşdırdım. Qəribədir necə ola bilər ki, iki metal insan sevgini, üzləşdikləri çətinlikləri, həsrəti və sevgililərin qovuşmasını belə möhtəşəm canlandıra bilər? Batumidə olacağınz təqdirdə “Əli bə Nino” heykəlinə baxmağa mütləq gedin deməyəcəm, çünki bu kompazisiyanı uzaqdan da olsa mütləq görəcəksiniz. Amma, böyük sevgililərə yaxınlaşn. Sevgi ideyası ilə 10 dəqiqəlik kiçik səyahətə çıxan iki dəmir insan sizi təsirləndirəcək, hə bir də əla fotolar da çəkdirəcəksiniz.

“Əli və Nino” heykəli şəhərin əsas rəmzlərindən birinə çevrilib

AlphabetQülləsi-Gürcü əlifbasıhərfləriilə əhatəedilib.

Düzdür, Batumidə gəzmək və şəkil çəkdirmək üçün yerlər çoxdur.

Avropa meydanı, Astronomik saat, “Piazza” , Batumi Velo, Park “Miracle”, ”Alphabet” Qülləsi sadalaya biləcəyim çoxsaylı yerlərdən bəzisidir.

Avropa meydanı –məşhur arqonavtlar haqda əfsanənin qəhrəmanı olan Medeyanın heykəli.

Onlardan biri- “Piazza” meydanı! “Piazza” sözünün mənası meydan deməkdir. Bura əsl istirahət meydanıdır. Balaca kafelər, restoran, suvenir mağazaları, otellər, hər 3 saatdan bir xüsusi kampazisiya ilə turistlərin marağına səbəb olan saat var. Xüsusilə turistlər, elə yerli sakinlər də 2009-cu ildə orta məktəbin sökülüb yerinə meydan salınmasından xeyli razıdılar. Bir neçə stili özündə birləşdirən Eklektika üslubunda salınan meydanı bəlkə də peşəkarlar bəyənməz, amma, adi insanların gözünü oxşayır. Elə ona görə də mövsümdə “Piazza” da yerə iynə salsanız o yerə düşməyəcək. Meydandakı eyni adlı butik oteldə qalmaq imkanını əldən vermək olmaz. Bu otelin hər otağı fərqli rəngdə və fərqli dizayndadır. Şəhərə və dənizə gözəl mənzərəsi olan otelın qiyməti də sizi sevindirəcək.

Osmanlı imperiyası dövründə 1865 –ci ildə yerli sakinlərin xahişi ilə tikilməsinə icazə verilən pravoslav kilsəsi də tarixə səyahəti sevənlərin diqqətini çəkəcək. Batumidə çox gözəl təamlar daddım, amma öz aşbazlıq vərdişlərimi sınaqdan keçirtdiyim “Acar xaçapurisi” xüsusilə yadımda qaldı.

Acar xaçapurisi ilə bütün günü tox qalacaqsınız.

Yağlı, amma dadlı yemək könlünüzə düşdüsə Acar xaşapurisi sizin üçündür. Hə bir də, Acar xaçapurisi ilə bütün günü tox qalacaqsınız.

Amma Batumidə acmaqdan çəkinməyin. Ürəklə acın və ləzzətlə yeyin! Dadlı təamlardan yeyib doyduqdan sonra “Delfinariya” ya üz tutmaq olar. Niyə də yox?

Delfinariy –uşaqlarla yanaşı boyüklərin də həzz alacagı məkan.

Çox yerdə Delfinariyada olmuşam, amma Batumidə bu məkanı lap çox bəyəndim. Delfinlərə sevgi və qayğı göstərildiyini hiss etdim. Bu hissiyyatlı heyvanların öz təlimçilərinə olan münasibəti məni duyğulandırdı. Göz yaşlarım delfinlərin ritmik rəqsləri zamanı üzərimə fışqırdığı suya qarışsa da, onlardan incimədim, bu maraqlı şouya tamaşa etdikdə, bir az islanmaqdan heç nə olmaz. “Mahunseti” şəlalləsinin soyuğundan isə asanlıqla xəstələnə bilərsiniz.

Qış aylarında 20 metrlik şəlaləyə mənim kimi hazırlıqsız gələn hər kəs “soyuqdur” deyəcək. Elə həmən sonra da amma “çox qəşəngdir” ifadəsini işlədəcəyinizə də əminəm. Bu məşhur şəlaləyə yayda gələnlər isə mütləq çimərlik paltarı götürməlidilər.

Deməli isitənilən halda bu təbii gözəllik xüsusi yanaşma daha dəqiq desək geyim üslübu tələb edir. Gözəlliyi ilə məni valeh edən “Mahunseti” şəlaləsinin şırıltısı isti yatağımda qulağıma laylay kimi gəldi. Düşünəndə ki sabah yenə Batumidə gəzəcəm, daha heç nə düşünmədən tez yatmaq qərarna gəldim. Amma yenə də İlk görüşdə beynimdə “Sevgi” sözünü yazan şəhəri təbiət də çox sevirmiş düşüncəsi də fikrimdən keçdi. Bu şəhərə aid çox fikirlərm olacaq. O da qalsın gələn dəfəyə....

OXŞAR XƏBƏRLƏR