Dəmir yolu rejimi dəyişdi

Dəmir yolu rejimi dəyişdi
Bütün Xəbərlər
12:18 24.12.2014
616
"Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramları ilə əlaqədar dekabrın 29-dan yanvarın 5-dək gücləndirilmiş rejimdə işləyəcək.“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AzərTAc-a bildirib ki, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.Bundan əlavə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə turist qatarı da təyin olunub. Həmin qatar dekabrın 29-da Bakıdan Tbilisiyə, yanvarın 3-də Tbilisidən Bakıya yola düşəcək.
OXŞAR XƏBƏRLƏR