Sumqayıt-Bakı dəmiryol stansiyasında turniketlər işləmir.
AZXEBER.COM "oxu.az"a istinadən xəbər verir ki, bu səbəbdən onlarla insan platformaya keçə bilmir.
Dəmiryol əməkdaşının bildirdiyinə görə, turniketlər texniki səbəbdən sərnişinlərin kartlarını oxuya bilmir.
Bu səbəbdən 07:35 qatarına çatmağa çalışan sərnişinlər uzun müddət gözləmək məcburiyyətində qalıblar.










































