"Demişdim ki, sizin başınıza oyun açacağam" - Bakıda növbəti sevgi cinayəti - VİDEO

"Demişdim ki, sizin başınıza oyun açacağam" - Bakıda növbəti sevgi cinayəti - VİDEO
Bütün Xəbərlər
18:15 06.05.2015
4846
Bakıda növbəti sevgi cinayətinin üstü açılıb.
Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Nərgiz Babayevanın 40 yaşlı keçmiş sevgilisi Lətif Babayev tərəfindən bıçaqlandığı məlum olub.
AZXEBER.COM Region TV-yə istinadən xəbər verir ki, qanlı hadisə mayın 3-də saat 20:00 radələrində baş verib. Nərgiz Babayevanın bıçaqlanması ilə bağlı həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər onunla qeyri-rəsmi nikahda yaşayan Sabirabad rayon sakini, Lətif Babayev tutulub. Məlum olub ki, Lətif Babayevin Nərgiz Babayeva ilə mübahisəsi qanlı sonluqla bitib. Bıçaq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb, vəziyyəti normal qiymətləndirilir. Hadisəni törədən Lətif Babayev əməlini qısqanclıqla əlaqələndirib.
Lətif Babayev istintaqa bildirib ki, mübahisəyə onun Nərgizlə qeyri-rəsmi nikahdan olan 3 yaşlı övladının uşaq evinə verilməsi səbəb olub. Nərgiz Babayeva bu addımı atan zaman uşağın atası ilə məsləhətləşməyib.
Lətif Babayevin keçmiş sevgilisini niyə bıçaqladığı araşdırmaların yekununda məlum olacaq.
OXŞAR XƏBƏRLƏR