Elşən MusayevAtaların gözəl bir misalı var: “Yalançının evi yandı, heç kimsə inanmadı...”
3 gün bundan öncə AXCP-nin qərargahı yanıb, daha doğrusu partlayıb.Amma yenə də ənənəvi olaraq kimsə inanmayıb. Ələlxüsus da radikal müxalifətimizin bəlli təmsilçiləri. Özlərinə əl qatıblar ki, ay təşkilatlanırdıq, güclənirdik, iqtidarın gözü bizi götürmədi və s. bu kontekstdə nağıllar, utopiyalar, əfsanələr...Həm də eyni adlı proses o zamandan etibarən vüsət almağa başlayıb ki, hələ ortalıqda heç nə olmayıb.Yəni partlayışın səbəb və mahiyyəti belə bilinməyib. Amma bunlar qeyri-adi bir formada şübhələri öz üzərlərinə almağı bacarıblar. Və ya belə deyək: özləri özlərini ələ veriblər.Mükalimə, hesablama, təxmin-filan, ya da bir az konkretləşdirsək – baş yoxdur axı. Ona görə. Misal üçün Əli Kərimli həmin partlayışdan düz 4 dəqiqə yarım sonra Facebook-da status paylaşıb.Həm də təxminən bir səhifəlik status. Evin tikilsin, sən nə vaxt yazdın, nə vaxt çatdırdın bunu? Və ya haradan məlumat aldın ki, ofis yanacaq, haradan bildin belə bir bəyanat verməyə ehtiyac yaranacaq? Ya da “Azadlıq” qəzetinin özü. Silsilə məqalələri bir-birinin ardınca düzdü. Sanki bir aydır xüsusi formada təntənəli partlayış mərasiminə hazırlaşırmışlar.Yaxşı bəs belə olan halda bizmi sizdən şübhələnməliyik, yoxsa sizmi bizdən?***Əslində radikal müxalifətin diqqət cəlb eləmə taktikasıdır bu. Həmişə neyləyirlər? – Bir az ki, pul azaldı ya da qurtardı, dərhal hay-şüvən başlayır. Öz də birinci qadınları verirlər qabağa. Və deyim ki, bir dənə arvad mollaları əskik olur.Daha sonra dəxilsiz aksiyalar, həbslər, ay insan hüquqları elə getdi, demokratiya belə gəldi, əzilirik, boğuluruq və s. ilaxır. Hə.. bir də yəqin ki, bundan sonra leksikona “partlayırıq” ifadəsi əlavə olunar. Niyə də olmasın? – Son zamanlar Əli Kərimli və onun kamikadze dostları əməlli-başlı kreativ əhval-ruhiyyədədir. Maşallah olsun. Əfsanə və nağılları - ona rəng qatmadan təsvir eləmək olmur axı. Bu səbəbdən....Dünən isə Əli Kərimli Qərb diplomatları ilə görüşüb. Hətta deyilənə görə adam necə ağlaşma qurubsa, səfirləri sakitləşdirib toxtatmaq mümkün deyilmiş. Və ya gündəmdə yenə də ənənəvi taktikadır: şikayət, danos, pıçhapıç və separat görüşlər. Həm də yad qapılarda. Özgə bayraqların pərçimləndiyi məkanlarda...Məramsa bəllidir: Azərbaycan hakimiyyətinə bir formada təsir etmək və ya ağcaqanad ruhunda könül bulandırmaq. Məsələn Əli Kərimli elədiyi pafoslu çıxışlarda hərdəm özünə qaz vurub, doldurub əjdahaya dönür ha - bax təxminən o kimi.Və ya Amerika səfiri seçkilərə başından və səlahiyyətindən böyük havaya girərək müdaxilə eləmək istəyirdi ha - o kimi. Ya da canım sizə desin: ABŞ Departamentinin Azərbaycanla bağlı hesabatında göstərilən ağıla və ağıza sığmaz “gopalogiya” vardı ha - bu kimi. Hansı birini deyəsən?Saydıqca qurtarmır ki... Sadəcə bu gün mövzu lokallaşıb. Yəni, bunların arzularının fabulası dəyişib. Məsələ burasındadır. Və ya əvvəl hakimiyyətin dərdində idilər, indi isə qərargahın. Bir vaxt gözləri ölkənin büdcəsində idi, indi isə hansısa diplomatın vəd etdiyi artıq-urtuqda.
Bax bizim müxalifətimiz budur! Hətta deyim ki partlayan-filan da qərargahdan çox onların əsəbləridir. Ya da bir az bədii dildə desək: “Qərargah bəhanədir, Əli Kərimlinin çıxardığı oyunlarsa şahanə”
Mövzu ilə bağlı ən maraqlı açıqlamalardan, daha doğrusu, sərsəmləmələrdən biri isə Əli Kərimlinin baş mirzəsi Qənimət Zahiddən gəlib. Yenə də ənənəvi formada. Yəni köşə üslubunda. Başlıqsa belədir: “Azərbaycanın hər yeri onsuzda bizim qərargahımızdır”
Bax burda dur artıq, Qənimət Zahid! “Pult”u al əlinə, qayıt 22 il əvvələ. Söylədiyin nağılların gerçək olduğu vaxtlara. Və ya o zamanlar üçün keçərli idi, “qılıncın dalı-qabağı” məsələsi. Ya da hər yeri qərargah, obyekt kimi görmə ənənəsi. İndi elə şey-zad yoxdur. Hər nə qədər 92-nin dadı damağınızda qalmış olsa belə...Və... unutma, Qənimət bəy! Sənin o “Azadlıq” qəzetindəki gülməşəkər yazılarınla, bir də “Azərbaycan saatı” verilişində sərgilədiyin yaponsayağı jestlərinlə bu gün elektorat-filan toplamaq, ələlxüsus da eyni adlı fəaliyyətin müqabilində “hərif” biznesmen, sahibkar taparaq hər addımda qərargah, sığınacaq ovlamaq düşündüyün qədər asan məsələ deyil. Niyə? Çünki, beynində və təxəyyülündə qərar tuta bilməyən insanların yerində və məkanında qərar tutması da son dərəcə müşkül məsələdir!Və... son olaraq: Partlayış haqqında ən maraqlı nekroloq “Milli Şura”nın sədri Cəmil Həsənlidən gəlib. Həm də belə bir ismarışla: “Qəzan mübarək, Xalq Cəbhəsi”.Belə yerdə nə deyəsən? - Eşq olsun! Hətta yazan əllərin, qolların, barmaqların var olsun Cəmil bəy!Millət vəkili olduğun zaman Heydər Əliyev haqqında kitablarda tərif dolu ön sözlərin vardı ha - həm də onu yazan barmaqlardan danışıram. Var olsun!Bir də iş “boğduğun” məmurlara zamanında ünvanladığın qəzanız deyil, bayramınız mübarək - başlıqlı məktubların vardı ha. Onları da yazan barmaqlardan gedir söhbət . Var olsun!P.S. Demokrat olub mənim üçün. Artist!!!