Dəniz Göktaş saxlanıldı

Dəniz Göktaş saxlanıldı
MAQAZİN
14:52 02.07.2026
162
"Ölü Dəniz" adlı stand-up şousu ilə gündəmə gələn komediya ustası Dəniz Göktaş saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, Türkiyəli komediya ustası Dəniz Göktaş xarici ölkəyə səfərdən İstanbula qayıdarkən hava limanında pasport nəzarəti zamanı saxlanılıb.

Məlumata görə, Göktaşın Harbiye Açıq Hava Teatrında nümayiş etdirdiyi "Ölü Dəniz" adlı stand-up proqramı ilə bağlı araşdırma aparılır.

Bildirilir ki, istintaq "xalqın bir hissəsinin mənimsədiyi dini dəyərləri açıq şəkildə təhqir etmə" ittihamı üzrə başladılıb.

Qeyd edək ki, araşdırmanın sosial şəbəkələrdə yayılan çıxış görüntüləri və onlarla bağlı aparılan qiymətləndirmələr əsasında prokurorluq tərəfindən öz təşəbbüsü ilə başlandığı qeyd olunub.

Hazırda iş üzrə hüquqi prosedurlar İstanbul Cumhuriyyət Baş Prokurorluğunun nəzarəti altında davam etdirilir.
 


OXŞAR XƏBƏRLƏR