Dəniz kənarında sevgilisi tərəfindən vəhşicəsinə döyülən qız danışdı - VİDEO

Dəniz kənarında sevgilisi tərəfindən vəhşicəsinə döyülən qız danışdı - VİDEO
Bütün Xəbərlər
11:55 29.10.2012
3548
Könül son iki ildə Xəzərin qumlu sahilinə tez-tez, hətta özünün dediynə görə az qala hər həftə gəlirmiş. Sevgilisi gətirirdi. Amma hələ Könülə bəxtəvər deməyə tələsməyin. Sevgilisi onu dənizin təmiz havasından almağa, dalğaların musiqisi altında gələcək xoşbəxt ailənin yol xəritəsini qurmağa yox, döyməyə gətirirmiş. Bəli yanlış eşitmədiniz, məhz döyməyə, işgəncə verməyə. “Bundan öncə dəfələrlə olub belə bir şey. Aparıb məni həmin yerdə dəfələrlə döyüb. Heç nədən döyürdü. Qısqanclıqdan. Telefonu gec açanda. Görüşə çıxmayanda. Məni haradasa görürdü, aparıb döyürdü. Sonra gətirib evə qoyurdu” – deyə zərərçəkmiş bildirir. Patoloji qısqanclıq xəstəliynə tutulmuş bu dırnaqarası məcnunun nəyə görə gözdən - könüldən uzaq bir yeri seçməsi də maraqlıdır. Zərərçəkən deyir dənizkənarının seçilməsi məhz onun imdadına kimsənin çatmamasına hesablanmışdı. Bayaq qeyd etdiymiz kimi bu işgəncə artıq iki ildir davam edirdi. Burada ortaya belə bir sual çıxır. Artıq kifayət qədər yetkin bir insan olan Könül nəyə görə bu qədər müddət ərzində bu işgəncələrə dözməyi özünə rəva bilib və nə bu üzdəniraq sevgilidən ayrılıb, nə də bu barədə bir yaxınına bir kəlmə deyib. “Bu davaların çoxu da ayrılmaq üstündə olub. O da deyib belə bir şey olmayacaq. Ya sən öləcəksən ya da belə bir şey olmayacaq. Mənə hədə-qorxu gəlirdi. Deyirdi kimsə bilsə bundan da beter edəcəm. Səni öldürəcəm. Belə hədə-qorxu gəlirdi deyə heç kəsə demirdim. Deyirdi başını kəsəcəm atama zəng vururdu söyüşlər söyürdü. Ona görə qorxurdum heç kəsə demirdim. Dəniz qırağına aprarırdı döyürdü. Deyirdi səni öldürəcəm fikirləşmə ki məndən ayrılacaqsan və rahat yaşayacaqsan. Haçansa səni tutacam. Ailə qursan da səni ölüm gözləyir” – deyə Könül qeyd edib. Aydın məsələdir ki, Könülün hüquqi bilgilərinin olmaması, ən azından öz elementar hüquqlarını bilməməsi də məsələnin bu qədər uzanmasına səbəb olan amillərdəndir. Ailəsinə deməkdən çəkinən qız bu barədə polisə məlumat verə, və ya psixoloqla məsləhətləşərək bir yol tapa bilərdi. Amma görünür fikirləşib ki lazım gələndə müraciət edər. Və nəhayət lazım gəlir. “Dəniz kənarnında döyəndən və saçımı kəsəndən sonra atama zəng vurdu. Mən yenə heçə kəsə deməyəcəkdim. Mən eşidə -eşidə atama dedi ki, qızının saçını kəsmişəm kameranı gətirib iş yoldaşlarına göstərəcəm. Mən də bildim ki biabırçılıq olacaq ona görə fikirləşdim ki polisə müraciət edim. Bir tədbir görsün. Çünki məni şantaj edəcəkdi. Qardaşıma atama deyəcəkdi”. Dırnaqarası qəhrəman üstü-başı qan içində olan Könülü evə gətirib və əynini dəyişərək yenidən onunla çıxmasnı tələb edib. Bu vaxt artıq özündə azacıq da olsa cəsarət tapan qız polisə məlumat verib və görüş yerinə Könüllə birlikdə əməliyyatçılar da gəlib və dırnaqarası qəhrəmanı həbs ediblər. Qız bundan sonra bir az rahat nəfəs alsa da bu rahatlıq o qədər də uzun sürməyib. “İki sutkadan sonra açıb buraxdılar və o yenidən hədə -qorxulara başladı. Hətta üzləşmədə də mənə dedi ki fikirləşmə ki tutlmuşam çıxından sonra bunun heyifini çıxacam səndən. Mənim təhlükəsizliymi hal -hazırda heç kəs qorumur. Onu azadlığıa buraxıblar. O hər dəqiqə hər saniyə hər bir şey edə bilər”. Bu təhdidlər indi də davam edir. Hələlik telefon zəngləri ilə. Könül, ailəsi və zərəçəkmişin vəkili Ərşad Sərdarov da hesab edir ki, təqsirləndirilən Cahangir Dövlətov azadlıqda olduğu müddətcə ətrafdakılar üçün real təhlükə mənbəyi olmaqda qalır. Sonuncu hadisə zamanı təqsirləndirən əslində Könülü qətlə yetirəcəyi ilə hədələyirmiş, onun buradan evə qayıtmayacağını bildirib. Sahildə xilasedicilərin qayığının görünməsi Dövlətovun planlarının alt-üst etməklə gənc qız da xilası olub. Cənab Sərdarov ortada cinayətlə bağlı tutarlı dəlil - sübutlar olduğu halda Dövlətovun azadlığa buraxılmasını absurd hesab edir. Onun hətta bir məhkumluğunun olduğunu da xatırladan vəkil təqsirləndirilənin saxlanıldığı zaman polisə müqavimət gösətrməsinin də həbs üçün ciddi arqument olduğunu deyir. “Saxlanılan Dövlətov Cahangir orada iki nəfər başqa şəxslər də saxlanılmışdı. Onlar da öz ifadələrində etiraf edirlər ki hətta orada polisə müqavimət də olub. Polisə müqavimət artıq 315-ci maddədir orada da qeyd olunur ki polisə müqavimətə görə bunlar artıq həbs olunmalı idi. Əgər bunlar bu günkü gündə bu qədər hadisə törədirsə və bunu telefon vasitəsilə çəkirlər bütün telekanallar yayımlayır. Bunun qarşısında bu insanın azadlıqda qalması absurddur. Qeyri-qanunidir” – deyə Zərərçəkənin vəkili Ərşad Sərdarov vurğulayıb. Daxili işlər nazirliynin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə ANS-ə açıqlamasında insidentlə bağlı bütün hərəkətlərin qanun çərçivəsində həyata keçiildiyni və təqsirləndirilənin məhkəmənin qərarı ilə sərbəst buraxıldığını, lakin bununla belə ona qarşı əzabvermə maddəsi ilə cinayət işinin qaldırıldığını, Cahangir Dövlətovun özünün polis nəzarətində olduğunu söylədi.
OXŞAR XƏBƏRLƏR