Dəniz məhsullarının qiyməti ucuzlaşdı - VİDEO

Dəniz məhsullarının qiyməti ucuzlaşdı - VİDEO
SOSİAL
23:36 21.07.2026
274
Məhsul bol qiymət ucuz...

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bazarlarda dəniz məhsullarının qiyməti enib. Satıcıların sözlərinə görə, krevetkanın qiymətində 2-5 manat, xərçəngin qiymətində isə 6-10 manat arasında ucuzlaşma var.

Satıcılar bildirirlər ki, son vaxtlar qiymətlərin enməsi məhsul bolluğu ilə əlaqədardır. Mövsümün başlaması və bazara daha çox məhsulun çıxarılması qiymətlərə təsir edib.

Ən çox tələbat isə çay krevetkasınadır. Satıcılar deyirlər ki, qiymətlər məhsulun ölçüsünə görə dəyişir.

Ən böyük qiymət enməsi isə xərçəngdə müşahidə olunur. Hazırda bazarlarda xərçəngin qiyməti 5 manatdan başlayır və ölçüsündən asılı olaraq dəyişir.

OXŞAR XƏBƏRLƏR