Dənizdə batan 12 yaşlı oğlanın meyiti tapıldı

Dənizdə batan 12 yaşlı oğlanın meyiti tapıldı
SOSİAL
12:56 29.07.2019
3932
Ötən gün Abşeron rayonunda dənizdə, qeyri-çimərlik ərazisində batan şəxsin cəsədi tapılıb.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, həmin şəxs 2007-ci il təvəllüdlü İbadullayev Elman Telman oğludur. 

E.İbadullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Novxanı və Kürdəxanı çimərliklərində batan daha iki nəfərin axtarışları isə davam etdirilir.

OXŞAR XƏBƏRLƏR