Dənizdə batan 26 yaşlı gəncin meyiti tapılıb.AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda dənizdə, "Xəzər" sularda xilasetmə postundan təxminən 600 metr məsafədə, nəzarət olunmayan ərazidə batmış 1988-ci il təvəllüdlü Heydər Afiq oğlu Babayevin axtarışları başa çatıb.H.Babayevin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 10 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.