Dənizdə batan 4 gəncdən sonuncusunun da meyiti tapıldı

Dənizdə batan 4 gəncdən sonuncusunun da meyiti tapıldı
SOSİAL
09:45 25.06.2026
425
İyunun 22-də Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncdən sonuncusunun da meyiti tapılaraq sudan çıxarılıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun nəşi Buzovna qəsəbəsinin dəniz sahilində aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə günü 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və qardaşı 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılıb.
OXŞAR XƏBƏRLƏR