Dənizdə batan oğlanın meyiti tapıldı

Dənizdə batan oğlanın meyiti tapıldı
Bütün Xəbərlər
13:09 10.08.2015
1091

Lənkəranda 3 gün əvvəl dənizdə çimərkən boğulmuş şəxsin meyiti tapılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, rayonun Mamusta kənd sakini, 1998-ci il təvəllüdlü Cavid Fikrət oğlu Əlizadə avqustun 8-də dostu ilə birlikdə ömründə ilk dəfə dənizə çimməyə gedib. Rayonun Siyavar kəndinin nəzarət olunmayan ərazisində suya girən C.Əlizadə ehtiyatsızlıq səbəbindən batıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, habelə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, həkim briqadası hadisə yerinə cəlb olunublar. Küləkli hava şəraitinə baxmayaraq, 17 yaşlı gəncin cəsədinin axtarışları nəhayət ki, öz səmərəsini verib.

C.Əlizadənin meyiti batdığı yerdən təxminən 3 kilometr aralıda, Astaranın Şahağacı kəndi ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR