Dənizdə boğulan iki nəfərin meyiti tapıldı

SOSİAL
13:58 13.07.2021
419
Dünən Xəzər dənizində boğulan iki nəfərin meyiti tapılıb.

Hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazisində baş verib.

Sabunçu Ramana qəsəbə sakinləri - 2003-cü il təvəllüdlü Abdullayev Rəvan Şahniyaz oğlu və  2002-ci il təvəllüdlü Bayramov Məhərrəm Oruc oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən dənizdən çıxarılıb.

Onların meyiti aidiyyəti üzrə təhvil verilib.
 
///Oxu.Az

OXŞAR XƏBƏRLƏR