Meksikada qadın dənizdə çimərkən köpəkbalığının hücumuna məruz qalaraq ölüb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, gənc qadın ayağından yaralandıqdan sonra qan itkisindən həyatını itirib.
Məlumata görə, onun 5 yaşlı qızı hücumdan xəsarət almadan qurtulub.
Hadisədən sonra səlahiyyətlilər ehtiyat tədbiri olaraq şəhərə və ətraf çimərliklərə girişi qadağan edib.
Mikayıl