Dənizkənarı Milli Parkda teatr tamaşası təşkil ediləcək

GƏNCLİK
16:14 22.05.2013
1346

Bu ilin aprel ayından başlayaraq Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə Azərbaycanda ilk dəfə “Qaranlıqda görün” şüarı altında “İşıqlı həyat” sosial yönümlü layihəyə start verilib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, layihənin əsas məqsədi Azərbaycanda yeniyetmə və gənclərin xüsusən, gecə saatlarında yol təhlükəsizliyinin təmin olunmasıdır.Artıq aprel və may ayları ərzində tanınmış incəsənət ustalarının iştirakı ilə orta məktəblərdə, küçə və parklarda bir sıra maarifləndirici tədbirlər keçirilib, yeniyetmə və gənclərə Azərbaycan tarixini və milli mədəniyyətini əks etdirən müasir işıqqaytarıcı aksessuarları paylanıb.Layihə çərçivəsində növbəti mərhələdə 24 may tarixində Dənizkənarı Milli Parkda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) yol patrul xidməti avtomaşınlarının və motosikletlərinin iştirakı ilə şou, Yaponiyadan dəvət edilmiş incəsənət ustası Sakakura Katsuminin iştirakı ilə “Hər kəs qaranlıqda görünməlidir” adlı teatr tamaşası və Avroviziya musiqi yarışmasının iştirakçıları və qalibləri Eldar Qasımovun, eləcə də Fərid Məmmədovun iştirakı ilə konsert proqramı təşkil ediləcək.Tədbirin açılışında gənclər və idman naziri Azad Rəhimov, Daxili İşlər Nazirliyinin rəsmiləri iştirak edəcəklər.

OXŞAR XƏBƏRLƏR