Depressiya: qadınlar kişilərdən daha çox əziyyət çəkir

Depressiya: qadınlar kişilərdən daha çox əziyyət çəkir
SOSİAL
20:05 08.04.2026
422
"Depressiya dünyada ən çox rast gəlinən psixi xəstəliklərdən biridir və bütün xəstəliklər arasında yayılma mexanizminə görə ikinci yerdə durur”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Psixiatriya kafedrasının professoru Zəfər Əliyev açıqlamasında bildirib. O qeyd edib ki, bu mənzərə xüsusilə COVID-19 pandemiyası zamanı daha aydın müşahidə olunurdu.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyanın yetkin əhalisinin təxminən 6 faizinin depressiyadan əziyyət çəkdiyini qeyd edən professor bu göstəricinin qadınlar arasında kişilərlə müqayisədə daha yüksək olduğunu vurğulayıb. Mütəxəssis depressiyanın yüngül, orta və ağır formalarının olduğunu qeyd edərək, onun somatizə olunmuş və ya maskalanmış, "depressiyasız depressiya” adlanan formasına da xüsusi diqqət ayırıb.

Xatırladıb ki, depressiyanın səbəbləri fərqlidir: "İlk növbədə, depressiya irsi xarakter daşıyır. Depressiyanın inkişafında şəxsin öz duyğularını anlama və ifadə etmə çətinlikləri, eləcə də psixiatrik yardımdan çəkinməsi əsas amillərdən hesab olunur. Psixiatriyaya qarşı qorxu və antidepressantların istifadəsinə dair tərəddüdlər simptomların dərinləşməsinə və xəstəliyin ağırlaşmasına gətirib çıxarır. Bundan əlavə, depressiya başqa psixi pozuntular kimi məsələn, panik pozuntu, yuxusuzluq və ya asılılıqlar (alkoqolizm, narkomaniya, toksikomaniya) fonunda da özünü göstərə bilər”.

Onun fikrincə, əvvəlcə bədənin orqan patologiyasını istisna etmək lazımdır. Bu səbəbdən, praktikada müəyyən orqan və ya orqan sistemini müalicə edən mütəxəssislər tərəfindən müayinə olunmuş xəstələri müşahidə etmək mümkündür: "Bu, ürək-damar və ya tənəffüs sistemləri, mədə-bağırsaq traktı və başqa sistemlər, dərinin səthində ağrı ola bilər. Təbii ki, bacarıqlı mütəxəssis öz sahəsində müalicə üçün somatik səbəblər aşkar olunmadıqda və ya müalicəyə cavab almadıqda, xəstəni psixiatra yönləndirir. Buna görə də effektiv müdaxilə üçün vaxtında psixiatrla məsləhətləşmək və pozuntunun xronikləşmə riskini azaltmaq vacibdir”.

Antidepressantların müalicədə istifadə olunduğunu bildirən professor Z. Əliyev hazırda effektiv müalicə rejimi seçməyə imkan verən geniş çeşiddə dərmanların mövcudluğunu vurğulayıb. Qeyd edib ki, belə hallarda psixoterapiya nəzərdən qaçırılmamalı və müalicə yalnız psixiatrlar tərəfindən aparılmalıdır.

Yekunda mütəxəssisin tövsiyəsi olaraq bildirildi ki, depressiyanın vaxtında diaqnostikası və uyğun müalicəsi xəstəliyi yüngülləşdirir, uzunmüddətli təsirlərini minimuma endirir. Hər kəs öz psixi sağlamlığına diqqət yetirməli və əlamətlər müşahidə olunduqda mütəxəssisə müraciət etməlidir.

/Manset.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
17:13 04.11.2026
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
16:26 04.11.2026
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
16:22 04.11.2026
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
16:15 04.11.2026
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
Prezident sərəncam imzaladı
15:59 04.11.2026
Prezident sərəncam imzaladı