“Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi”, “İslahatçı Gənclər İctimai Birliyi”-nin Psixologiya Mərkəzi ilə birgə təşkil etdiyi “Psixologiya Akademiyası” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
“Depressiya və Posttravmatik Stress Pozuntuları” adlı baş tutmuş təlim dünyanın bir çox ölkələrində praktika keçmiş,Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev tərəfindən keçirilmişdir.
Rüstəm Salayev təlimin birinci hissəsində Postravmatik stress pozuntusunun yaranma səbələri,inkişafına səbəb ola biləcək travmatik (bədbəxt)hadisələr ,posstravmatik stress pozuntusunun əlamətləri və ondan çıxış yolları haqqında məlumat verib.
Təlimin ikinci hissəsində depressiya ,yaranma səbəbləri,depressiyanın növünü və hansı etapda olduğunu müəyyənləşdirmək barəsində layihə iştirakçılarını məlumatlandırıb.
Və hər iki mövzuda layihə iştirakçılarının hər iki qrupundakı iştirakçılarının suallarını praktik olaraq cavablandırıb.



