Deputat AMEA haqqında: “Ramiz Mehdiyev bu cür adamları qırıb, sındırıb…”

Deputat AMEA haqqında: “Ramiz Mehdiyev bu cür adamları qırıb, sındırıb…”
SOSİAL
02:57 21.01.2022
391

"Dəhşətə diqqət edin! Jurnalistlər Azərbaycan Milli Elmlər Akademiyasında baş verən xoşagəlməz hadisələrlə bağlı bir alimdən rəy ala bilmirlər. İnstitut direktorlarından biri, AMEA-nın müxbir üzvünə ənənəvi qaydada mobil telefonla zəng vururlar. Adam cavab verir ki, oy, oy, İnternetim qırıldı, bağışlayın, İnternetimiz yoxdur...” 

AZXEBER.COM xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev sosial şəbəkə hesabından yazdığı statusda qeyd edib.   

Belə ki, AMEA-nın rəhbəri Ramiz Mehdiyevin fəaliyyətini tənqid edən deputat adını qeyd etmədiyi institut direktorunun ünvanına da sərt fikirlər səsləndirib: 

"Əslində İnternet qırılmayıb, Ramiz Mehdiyev bu cür adamları qırıb, sındırıb...İnterneti qırılmış institut direktoru cəmiyyətdə reabilitasiyasını aparır. Savadsızlığını və millətə vurduğu amansız zərbələri ört-basdır etmək üçün görkəmli şəxsiyyətlər haqqında kitablar yazdırır. Həqiqi sözümdür, görəsən həmin adamlar bu imterneti qırığın yuxusuna heç girirlərmi? Deyirlərmi ki, bizdən nə istəyirsən, niyə qoymursan rahat uyuyaq!”

OXŞAR XƏBƏRLƏR