Deputat Aqiyə Naxçıvanlının imzaladığı 600 nəfərin diplomu saxta çıxdı - Maxinasiyanın üstü açıldı

Deputat Aqiyə Naxçıvanlının imzaladığı 600 nəfərin diplomu saxta çıxdı - Maxinasiyanın üstü açıldı
SİYASƏT
18:27 17.02.2017
23679
Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının 600-dən çox tələbə və məzununun taleyi hələ də qaranlıq qalır.

Onların özü və valideynləri Təhsil Nazirliyindən tutmuş, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinədək çox yerə şikayət etsələr də, hələ ki, problemləri çözülməyib.

Filialda araşdırmalar zamanı bu təhsil ocağına qanunsuz yolla qəbul və saxta diplomların verilmə halları aşkarlanıb. Hətta təhsil naziri Mikayıl Cabbarov da açıq şəkildə demişdi ki, "Müəllimlər İnstitutunun Gəncə filialında tələbələrə saxta diplom verilib”.

Saxta diplomlarda deputat imzası

Gəncə filialı bağlanarkən, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı idi. Hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri olan deputat sözügedən filialdakı qanunsuzluqlardan xəbərsiz olduğunu desə də, məzunlara verilən, amma saxta olduğu iddia edilən diplomlarda onun imzası var.

Filialın direktoru Ramiz Məmmədov cinayət məsuliyyətinə cəlb olunub. Onun işinə hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Ramiz Məmmədov həbs edilməsə də, onun haqqında istintaq və məhkəmə dövründə başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib. Övladını ali məktəbə yerləşdirmək üçün onlardan pul alındığını iddia edən valideynlər ya pullarının qaytarılmasını, ya da onun həbsini istəyirlər. Onlar məhkəmədə də bu tələbi səsləndiriblər.

"Mənə möhtərəm bir adam zəng elədi…”

Zərərçəkən İdris Əliyev deyib ki, övladının ali məktəbə yerləşdirilməsindən ötrü Ramiz Məmmədova 16 min manat verib və bu pul indiyədək qaytarılmayıb:

"Mənə 16 min manat ziyan dəyib. Uzun müddətdir pulumu tələb edirəm. Xoşluqla qaytarmırsa, istəyirəm həbs olunsun. Çünki bu adam heç nəyə məhəl qoymur”.

Ramiz Məmmədov bu şəxsdən pul almadığını söyləyir: "Özü yaxşı bilir ki, pulu kimə verib. O, birinci dəfə mənim yanıma səhvən gəlmişdi. Mən ona başa saldım ki, instituta bu şəkildə adam düzəltmirlər. Mənə möhtərəm bir adam zəng elədi.

Mən də nazirə müraciət etdim. Sonra baş verənlərlə əlaqəm yoxdur. Mən kimdən pul almışamsa, qaytarmışam. Bu adam mənə şər atır”.

Zərərçəkənlərdən Mahir Həsənov deyir ki, ona 11 min 250 manat ziyan dəyib, istintaq dövründə Ramiz Məmmədov 4 min manat qaytarıb, 7 min 250 manat hələ də qalıb.

Ramiz Məmmədov bu zərərçəkənin də yalan danışdığını söyləyib: "Seyid adamsan, düz danış. Bilirəm də sən kimsən, onu-bunu şərləməklə məşğulsan”.

"Kişi kimi düzünü desələr, məni yandırmaz”

Bu işə Zabil Qasımovun sədrlik elədiyi hakimlər kollegiyası baxır. Məhkəmə yarım ilə yaxındır ki, davam edir.

Hakim Ramiz Məmmədova xatırladıb ki, istintaq zərərçəkənlərə dəymiş toplam ziyanı 922 min 660 manat müəyyənləşdirib və Gəncə filialının bağlanmasından sonra 600-dən çox tələbənin taleyinin suallı qaldığını da bildirib.

"Sizə 6 ayadək vaxt vermişik ki, bu ziyanı ödəyəsiniz. Zərərçəkmişlər hamısı Təhsil Nazirliyinə gediblər, sizdən şikayətçidirlər. Ümumilikdə 650 nəfər şikayətçi var”, – hakim belə deyib.

Cavabında Ramiz Məmmədov bildirib ki, heç bir günahı yoxdur və o, sadəcə, icraçı olub: "Kişi kimi sözün düzünü desələr, məni yandırmaz. Yalan danışırlar, böhtan atırlar”.

Ramiz Məmmədovun həbsi üçün zərərçəkənlərin verdiyi vəsatətə məhkəmənin fevralın 17-də keçiriləcək növbəti iclasında baxılacaq.

"Siz də o vaxta qədər düşünün, zərəri ödəyin, çünki biz vəsatəti müzakirə edib, qərar verməliyik”, – hakimin Ramiz Məmmədova tövsiyəsi belə olub.

azadliq.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu