Deputat: “Azərbaycan beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququndan istifadə edir”

SİYASƏT
15:14 29.09.2020
197

İkinci dünya müharibəsindən sonra BMT-nin Nizamnaməsi əsasında formalaşan hüquqi rejimə əsasən, hərbi gücün tətbiqinin iki qanuni forması mövcuddur:

1) beynəlxalq sülhün və təhlükəsizliyin qorunması və ya bərpası üçün BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən həyata keçirilən kollektiv tədbirlər; 

2) BMT üzvünün hərbi hücuma cavab olaraq fərdi və ya kollektiv özünümüdafiə hüququnun reallaşdırılması.    

 

Nəzərə almaq lazımdır ki, silahlı hücuma qarşı istifadə olunan özünümüdafiə hüququ BMT-nin Nizamnaməsində əksini tapan beynəlxalq hüququn ən mühüm institutlarından biridir.

Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinə  əsasən "Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya BMT-nin məqsədləri ilə bir araya sığmayan hər hansı şəkildə güc tətbiq edilməsi təhdidindən və ya güc tətbiq etməkdən çəkinirlər”. Qeyd edilən maddədə beynəlxalq münasibətlərdə dövlətlərin mütləq xarakter daşıyan davranış qaydasını ehtiva edir.

Ancaq belə bir imperativ qüvvəyə malik olan müddəadan da mühüm istisna nəzərdə tutulur.

BMT təsis sənədinin 51-ci maddəsinə uyğun olaraq,  onun Nizamnaməsi təşkilatın üzvünə silahlı hücum baş verərsə ayrılmaz fərdi və ya kollektiv özünümüdafiə hüququna heç bir şəkildə təsir etmir.

BMT-nin Beynəlxalq hüquq komissiyası tərəfindən hazırlanan "Beynəlxalq-hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyəti haqqında maddələr Layihəsinin” 21-ci maddəsinə görə "Dövlətin əməlinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qəbul edilmiş qanuni özünümüdafiə vasitəsi olduqda, həmin əməlin hüquqa zidd olması istisna edilir”.

Bütün qeyd edilənlər Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığının əleyhinə baş vermiş təcavüzün qarşısının alinması istiqamətində atılan addımların beynəlxalq hüquq çərçivəsində olduğunu birmənalı təsdiq edir.   

Dövlətimiz otuz ildən artıq bir müddətdə davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində diplomatik üsullara üstünlük versə də, erməni tərəfinin mövcud status quo-nu saxlamaq, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirmək, ölkəmizə qarşı sil-silə hərbi təxribatlar törətmək cəhdləri nizamlanma prosesinə ciddi zərbə vurmuşdur. BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamənin icra olunmaması, ATƏT-in Minsk qrupunun faktiki fəaliyyətsizliyi, Avropa Şurasının və digər beynəlxalq təşkilatların Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüz aktına etinasız münasibət bəsləmələri və işğalçı dövlətin sürətlə silahlanması Cənubi Qafqaz regionunda beynəlxalq təhlükəsizlik rejiminə ən böyük təhdid yaratmışdır. Ermənistan rəhbərliyin sərsəm və provokativ bəyanatları, "Dağlıq Qarabağ Respublikası parlamentinin” qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərar qəbul edilməsi, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparılması, mülki əhaliyə və mülki infrastruktur obyektlərinə qarşı hücumlar təşkil edilməsi, çoxsaylı hərbi təxribatlar törədilməsi, on minlərlə şəxsi əhatə edən "könüllü” hərbi birləşmələr yaradılması əyani şəkildə sübut etmişdir ki, erməni tərəfi təhlükəli militarist siyasəti yürüdərək, yeni hərbi əməliyyatlara hazırlaşır.

Azərbaycan Respublikasının Prezidenti dəfələrlə, o cümlədən BMT-nin kürsüsündən, bəyan etmişdır ki, Ermənistan müharibəyə hazırlaşır və onun çirkin siyasəti regionda ciddi təhlükə yaradır.

27 sentyabr səhər saatlarında erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının yaşayış məntəqələrini, dinc mülki əhalini, və ordumuzun hərbi mövqelərini müxtəlif növ silahlardan atəşə tutması, növbəti dəfə Ermənistan Respublikası tərəfindən cinayətkar təcavüz siyasətinin həyata keçirilməsinin bariz nümunəsi olmuşdur. Yaranmış şəraitdə Ali Baş Komandan cənab Prezidentin rəhbərliyi altında Azərbaycan Respublikasının silahlı qüvvələri düşmənə sarsıdıcı zərbələr endirərək ona layiqli cavab vermişlər. Düşmənin silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan ordusu beynəlxalq humanitar hüququn təməlini təşkil edən 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarından irəli gələn öhdəliklərə sadiq qalaraq, heç bir mülki əhaliyə və ya mülki obyektlərə zərər vermir. Azərbaycan ordusunun hədəfləri torpaqlarımızı işğal etmiş düşmənin silahlı birləşmələrinin canlı qüvvəsi və hərbi texnikasıdır, ali məqsədimiz - dövlət suverenliyinin bərpasıdır. Burada bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 27-də xalqa müraciətində əksini tapan sözlərini xatırlatmaq istərdim: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!”.

Nizami Səfərov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:40 24.10.2020

Paşinyanın qızı saxta “facebook” hesabları ilə rus xalqını təhqir edir

23:12 24.10.2020

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

22:42 24.10.2020

Türkiyə-Fransa arasında diplomatik qalmaqal başlayıb

22:39 24.10.2020

Düşmənin döyüş texnikaları məhv edilib - VİDEO

22:29 24.10.2020

Ərdoğan Fransa Prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi

21:55 24.10.2020

Ermənilər yeniyetmələri də müharibəyə cəlb edirlər - VİDEO

21:33 24.10.2020

Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi - VİDEO

21:14 24.10.2020

Donald Tramp ABŞ prezidentinin seçkilərində erkən səs verib

21:09 24.10.2020

Hikmət Hacıyev: “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi”

20:52 24.10.2020

Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb

20:35 24.10.2020

"El-Klassiko": “Real Madrid” “Barselona”ya qalib gəldi

20:27 24.10.2020

"Kaspşikin hər hansı tərəfin hərbi potensialını yoxlamaq və hesabat vermək səlahiyyəti yoxdur"

20:01 24.10.2020

MN: Döyüş sahəsində aciz qalan düşmən dezinformasiya və təxribat xarakterli məlumatlar yayır

19:49 24.10.2020

Düşmənin 3 tankı, 2 sığınacağı və dayaq məntəqələri məhv edildi

18:54 24.10.2020

Düşmənin hücum cəhdinin qarşısı alınıb - Əsir götürülənlər var

18:46 24.10.2020

Rusiya XİN: Gəncənin atəşə tutulması zamanı həlak olan Mayakov dəfn edilib