xari

Deputat: “Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki…”

SOSİAL
16:47 13.07.2020
829
Məşhur Məmmədov: "Ermənistan işğalçı mahiyyətindən əl çəkmək istəmir”

"Dünən günorta saatlarından başlayaraq təcəvüzkar Ermənistan tərəfindən törədilən növbəti hərbi təxribat bir daha təsdiq edir ki, rəsmi İrəvan öz işğalçı mahiyyətindən əl çəkmək niyyətində deyil. Mən döyüşlər zamanı həyatını itirən şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralananlara şəfa diləyirəm”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov söyləyib.

Onun sözlərinə görə, yaranmış vəziyyət beynəlxalq birliyin təcili müdaxiləsini qaçılmaz edir: "Bilirsiniz ki, münaqişənin nizamlanması ilə ATƏT-in Mnisk Qrupu məşğul olur. Əgər onların gözünün qarşısında Ermənistan beynəlxalq hüququ ayaqlar altına atır və tapdalayırsa, bu artıq onların yarıtmaz fəaliyyətinin göstəricisidir. Yox bacarmırlarsa, istefa versinlər, gedib başqa işlə məşğul olsunlar. Bu gün Azərbaycan öz torpaqlarını azad etməyə və ərazi bütövlüyünü qorumağa tam qadirdir. Azərbaycan ordusu nəinki Ermənistanın, onu himayə edənlərin də cavabını vermək iqtidarındadır”.

"Azərbaycan xalqı sözün əsl mənasında həmrəylik ortaya qoydu” deyən millət vəkili gənclərin könüllü olaraq orduya yazılmasını böyük mənəvi qələbə kimi qiymətləndirir: "Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər. Bu bir daha göstərdi ki, xalqımız mübarizə əzmindədir və Ali Baş Komandanın əmrini gözləyirlər. İndi sizcə, sosial partlayış həddində olan və əhalisi səfalət içərisində yaşayan Ermənistan bunun qarşısında tab gətirə bilərmi?! Əlbəttə yox”.

Deputat bildirib ki, Azərbaycan daxilində olan bəzi qüvvələr baş verənlərdən öz çirkin məqsədləri üçün istifadə edirlər: "Təsəvvür edin, Azərbaycan hərbçiləri düşmənlə döyüş vəziyyyətində, bütün xalq həmrəylik nümayiş etdirir, radikal müxalifət qüvvələri isə bunu fürsət kimi qiymətləndirirlər. Nə qədər əxlaqdan və mənəviyyatdan kənar olmalısan ki, xalqın bu günündə düşmən dəyirmanına su tökəsən. Azərbaycan dövləti güclü və qüdrətlidir və heç bir qüvvə xalqımızın iradə əzmini qıra bilməyəcək. Azərbaycan ordusu aprel döyüşlərində olduğu kimi, bu dəfə də düşmənə qarşı sərt mövqe ortaya qoyacaq”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:33 16.01.2021

Özil “Arsenal”la yollarını ayırdı: “Fənərbaxça”ya keçəcəyi gözlənilir

20:18 16.01.2021

Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı

20:00 16.01.2021

Hikmət Hacıyev: Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır

19:08 16.01.2021

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək

18:59 16.01.2021

Korotçenko: “Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır”

18:41 16.01.2021

Dövlət Baxçalı: “Uyğun görülsə, Şuşada məktəb açmaq istəyirik”

18:02 16.01.2021

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olundu

17:51 16.01.2021

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

17:27 16.01.2021

Küçədə yaşayan 25 yaşlı Orxanın həyatı hər kəsi kövrəltdi - VİDEO

17:16 16.01.2021

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

17:03 16.01.2021

40 yaşlı qadın su kanalında batdı

16:36 16.01.2021

Vüqar Rəhimzadə: Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq

16:11 16.01.2021

Paşinyanın oğlu da Moskvaya qaçdı - VİDEO

16:03 16.01.2021

İlham Əliyevdən “Azərlotereya” ilə bağlı SƏRƏNCAM

16:01 16.01.2021

“Turan Tovuz” Futbol Akademiyasının açılış mərasimi keçirilib - Fotolar

15:46 16.01.2021

Kəlbəcərdə qəbiristanlıqda 27 ildən sonra azan səsləndirilib -VİDEO