Deputat: Azərbaycan Türk və İslam dünyasının etibarlı tərəfdaşıdır

Deputat: Azərbaycan Türk və İslam dünyasının etibarlı tərəfdaşıdır
SİYASƏT
12:09 30.06.2026
711
"Son günlər ölkəmizin paytaxtı Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının keçirilməsi, eyni zamanda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü, ölkəmizin həm Türk dünyasında, həm də İslam aləmində artan nüfuzunu bir daha təsdiqləyir”

AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Rövşən Muradov deyib. 

O qeyd edib ki, hazırda Azərbaycan dünyada gedən proseslərə biganə qalmayan, siyasi gündəmi formalaşdıran bir mərkəzdir:

"Hazırda Azərbaycan dünyada gedən proseslərə biganə qalmayan, siyasi gündəmi formalaşdıran, regional təşəbbüsləri nəticəyə çevirən və beynəlxalq əməkdaşlığa məzmun verən strateji bir mərkəzdir. Əvvəla, adı çəkilən Konfransın 20-ci sessiyasının paytaxtımızda keçirilməsi, 40-dan çox ölkənin qatıldığı, 10-dan artıq parlament rəhbərinin və 400-dən çox nümayəndənin doğma şəhərimizə gəlişi ölkəmizin İslam dünyasında qazandığı etimadın konkret göstəricisi hesab oluna bilər. Sessiyanın "Parlament əməkdaşlığı vasitəsilə İƏT-nin üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusuna həsr olunması isə bir daha göstərir ki, İslam həmrəyliyi müasir mərhələdə yalnız mənəvi bağlılıq anlayışı ilə məhdudlaşmır və getdikcə bu həmrəylik iqtisadi inkişaf, sosial ədalət, hüquqi koordinasiya, sivilizasiyalararası dialoq və parlament diplomatiyası üzərindən real siyasi mexanizmə çevrilir”.

Parlamentari qeyd edib ki, tədbir çərçivəsində Bakı Bəyannaməsinin qəbul edilməsi isə sessiyanın ən mühüm institusional nəticələrindən biridir: 

"Tədbir çərçivəsində Bakı Bəyannaməsinin qəbul edilməsi isə sessiyanın ən mühüm institusional nəticələrindən biri olmaqla, ölkəmizin ev sahibliyi etdiyi tədbirin yalnız təşkilati uğurla tamamlanmadığını, eyni zamanda İslam dünyasında hüquqa əsaslanan əməkdaşlıq, parlament diplomatiyası və ortaq siyasi mövqe formalaşdırmaq baxımından da nəticə doğurduğunu açıq nümayiş etdirdi”.

"Ümumiyyətlə, belə bir tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın İslam dünyasındakı mövqeyinin dövlətçilik fəlsəfəsi ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin siyasi xəttində İslam həmrəyliyi emosional çağırış kimi deyil, beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə, qarşılıqlı hörmətə və mədəni irsin qorunmasına əsaslanan strateji əməkdaşlıq modeli kimi təqdim olunur və bu prinsiplərə söykənərək ölkəmiz islamofobiyaya qarşı ideoloji mübarizədə, müsəlman dövlətləri arasında siyasi dialoqun gücləndirilməsində və beynəlxalq platformalarda ədalətli mövqenin müdafiəsində məsuliyyətli tərəf kimi çıxış edir. Beləliklə, Azərbaycan bu gün Türk dünyasında birləşdirici iradə, İslam aləmində etibarlı tərəfdaş, Avrasiya məkanında isə sabitlik və əməkdaşlıga sadiq olan dövlətdir”,-deyə deputat bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
06:48 29.10.2026
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir
06:36 29.10.2026
“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
06:23 29.10.2026
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
06:10 29.10.2026
Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
05:58 29.10.2026
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
05:46 29.10.2026
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir
05:33 29.10.2026
Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
05:20 29.10.2026
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
05:08 29.10.2026
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
04:56 29.10.2026
Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
Tramp İrana yardım təklif etdiklərini açıqlayıb
04:46 29.10.2026
Tramp İrana yardım təklif etdiklərini açıqlayıb
Yaponiyada güclü zəlzələ baş verib
04:36 29.10.2026
Yaponiyada güclü zəlzələ baş verib
Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu
04:23 29.10.2026
Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
04:12 29.10.2026
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
04:00 29.10.2026
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
Yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur
03:50 29.10.2026
Yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur