Deputat Əli Kərimlinin evindəki axtarış haqda danışdı

Deputat Əli Kərimlinin evindəki axtarış haqda danışdı
SOSİAL
17:04 29.11.2025
1470
Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində axtarış aparılıb. Məlumata görə, AXCP sədrinin evindəki axtarış Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır. 

Deputat Arzuxan Əlizadə AZXEBER.COM-a açıqlamasında deyib ki, bu axtarışın Ramiz Mehdiyev ilə bağlı olması istisna edilmir:

"Bu axtarışın Ramiz Mehdiyev ilə bağlı olması istisna edilmir. Çünki Ramiz Mehdiyevin bir sıra siyasilərlə və əvvəlki dönəmlərdə müxtəlif vəzifələrdə işləyən şəxslərlə əlaqəsi olma ehtimalı böyükdür. Ramiz Mehdiyev barəsində qaldırılan cinayət işindəki maddələri təkbaşına törətmək mümkün deyil. İstintaq dövründə məlum olacaq ki, onunla birlikdə bu cinayətin törədilməsi istiqamətində istər təşkilatçı, istərsə də iştirakçı qismində olan şəxslər var. 
Bu şəxslər siyasətçilər də ola bilər, siyasi partiya rəhbərləri arasından da kimlərinsə adı keçə bilər”.

Deputat bildirib ki, istənilən halda cinayət işinin tamamlanmasını və istintaqın nəticələrini gözləmək lazımdır:

"Cinayət işinin tamamlanmasını və istintaqın nəticələrini gözləmək lazımdır. Çünki hər hansı münasibət bildirmək və ya ad çəkmək istintaqa təsir kimi qiymətləndirilə bilər. Buna baxmayaraq, məsələ çox ciddidir və ictimaiyyətin diqqət mərkəzindədir. Araşdırma nəticəsində əlaqəli şəxslər və gözlənilməz adlar da ortaya çıxa bilər. Necə olursa olsun, hər kəs öz hüquqi cəzasını almalıdır. Çünki söhbət dövlətə xəyanət maddəsindən gedir və əvvəlki xidmətlərindən asılı olmayaraq, başqa dövlətin maraqlarına xidmət etmək, ölkə daxilində konstitusiyaya zidd şəkildə hakimiyyəti ələ keçirməyə cəhd göstərmək ağır dövlət cinayətidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi
14:16 03.03.2026
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi
Ukraynada prezident seçkiləri nə vaxt keçiriləcək? - Zelenskidən açıqlama
13:47 03.03.2026
Ukraynada prezident seçkiləri nə vaxt keçiriləcək? - Zelenskidən açıqlama
İrandan sonra hədəf Türkiyə ola bilər? - Hakan Fidandan cavab
13:28 03.03.2026
İrandan sonra hədəf Türkiyə ola bilər? - Hakan Fidandan cavab