Deputat Emin Hacıyev: “Dövlət şirkətlərinin fəaliyyətində yeni dönəm başlayır”

Deputat Emin Hacıyev: “Dövlət şirkətlərinin fəaliyyətində yeni dönəm başlayır”
SOSİAL
12:50 08.08.2020
787
"Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin yaradılması dövlət şirkətlərinin fəaliyyətində köklü dəyişikliklərə səbəb olacaq. Dövlət şirkətlərinin vahid mərkəzdən idarə olunması onların fəaliyyətində səmərəliliyi artırmaqla, həyata keçirilən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsini təmin edəcək”. 

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin deputatı Emin Hacıyev deyib.

O bildirib ki, hazırda dövlət şirkətlərinin idarə edilməsi ilə bağlı nöqsanlar bu sahədə islahatların həyata keçirilməsini labüd edir:

"Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə xüsusi olaraq dövlət şirkətlərində səmərəli və çevik idarəetmənin tətbiqi məsələsinə toxundu, dövlət xərclərinə müxtəlif istiqamətlərdən nəzarətin daha da gücləndirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, dövlət şirkətlərində itkilər aradan qaldırılmalıdır. Dövlət şirkətlərinin itkilərinin dövlətin hesabına aradan qaldırılması tendensiyasına son qoyulmalıdır. Dövlət şirkətlərinin normal korporativ idarəetmə əsasında işləməsi təmin olunmalıdır. Həmin şirkətlərdən itkilərin səbəbləri və onların aradan qaldırılması ilə bağlı planlara dair açıqlamalar alınmalıdır. 

Bu baxımdan, dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər olduqca əhəmiyyətlidir. Bu qurumlarda qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiqi dövlət şirkətlərinin fəaliyyətində səmərəliliyi, şəfafflığı və hesabatlılığı təmin edərək, onları aydın, ölçülə bilən göstəricilər vasitəsilə müəyyən etməyə imkan verəcək. Səmərəliliyin artırılması dövlət şirkətlərinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin güclənməsinə, ixrac potensiallarının artmasına töhfə verəcək. Müəssisənin fəaliyyətindəki şəffaflıq və hesabatlılıq isə investisiya cəlbi üçün olduqca vacib amildir. Bu mənada tətbiq olunan qabaqcıl idarəetmə sistemləri nəticəsində uzunmüddətli dövrdə dövlət şirkətlərinin daxili və ya xarici investorlar tərəfindən özəlləşdirilməsi mümkün olacaq.

Bundan başqa, müşavirədə cənab Prezident İlham Əliyevin iqtisadiyyatın liberallaşdırılması ilə bağlı çağırışı mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı bildirdi ki, özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri maraqlandırmaqla, investorları cəlb etməklə Bakı şəhərində sovet vaxtından qalan istifadəsiz müəssisələri işə salmaq, həmin ərazilərdə yeni sənaye müəssisələri yaratmaq mümkündür. Beləliklə, cənab Prezident özəlləşmənin yeni mərhələsinin artıq başlandığını bəyan etdi. İndiki mərhələdə istifadəsiz vəziyyətdə olan obyektlərin xarici kapitalın fəal iştirakı ilə özəlləşməyə açılması iqtisadi inkişaf üçün yeni bir mənbə yaradılması baxımından önəmlidir. Ümumilikdə, cənab Prezident İlham Əliyev tərəfindən müşavirədə qeyd edilən istiqamətlər üzrə başlanan islahatlar kölgə iqtisadiyyatının həcmini daha da azaldaraq, iqtisadi artımı dəstəkləyəcək, büdcə yığımlarında artıma səbəb olacaq. Bütün bunlar isə son nəticədə ölkədə həyata keçirilən sosial layihələrin əhatə dairəsini genişləndirərək, əhalimizin sosial rifahını daha da yaxşılaşdıracaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO