Deputat: "Ermənistanın mina xəritəsini verməsi növbəti diplomatik qələbəmizdir"

Deputat: "Ermənistanın mina xəritəsini verməsi növbəti diplomatik qələbəmizdir"
SOSİAL
20:46 12.06.2021
632
"Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi Prezident İlham Əliyevin qətiyyətli iradəsinin nəticəsidir. Bu, həmçinin ölkəmizin növbəti diplomatik qələbəsidir”.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

O bildirib ki, bundan əvvəl Azərbaycan tərəfinin erməni əsirlərinin qaytarılması ilə bağlı gördüyü işlər humanist dəyərlərimizdən və siyasətimizdən irəli gəlirdi: "İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Ermənistanın Azərbaycanda saxlanılan 11 Ermənistan vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərar qəbul etməsi ilə ermənilərin ümidləri puç oldu. Beynəlxalq hüquq çərçivəsində heç bir əsasının olmadığını görən düşmən bir daha bizimlə anlaşmağa, tələblərimizi yerinə yetirməyə məcbur oldu.

Azərbaycan tərəfi mina xəritəsi müqabilində 15 erməni vətəndaşını təqdim etməklə həm humanistlik, həm də mina təhlükəsi ilə üzləşə biləcək hər bir vətəndaşımızın təhlükəsizliyinin və həyatının bizim üçün dəyərli olmasını göstərdi. Anlaşma, eyni zamanda tarixi torpaqlarımızın yenidən canlanması və böyük qayıdış üçün böyük töhfə verəcək. Ümid edirəm ki, bütövlükdə Cənubi Qafqaz regionunda əməkdaşlığın və sabitliyin təmin olunması üçün Ermənistan tərəfi əsasız iddialarını kənara qoyacaq, yeni reallıqlara barışacaq və üzərinə düşən öhdəlikləri yerinə yetirəcəkdir. Hadisələrin başqa variantda inkişafı isə yalnız Ermənistanın ziyanına olacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
15:01 03.03.2026
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu