ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb

ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb
İDMAN
18:22 28.11.2026
50
ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.

Oyunçu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, Qravett daha əvvəl iki mövsüm "Sabah"ın formasını geyinib və komandanın əsas oyunçularından biri olub. O, klubda çıxış etdiyi müddətdə iki dəfə Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün MVP-si, bir dəfə isə final seriyasının MVP-si seçilib.

"Sabah"dan ayrıldıqdan sonra Qravett İtaliyanın "Cantu" klubunda çıxış edib.
OXŞAR XƏBƏRLƏR