Deputat Hüseynbala Mirələmovun oğlu polis rəisi vəzifəsindən çıxarıldı

Deputat Hüseynbala Mirələmovun oğlu polis rəisi vəzifəsindən çıxarıldı
Bütün Xəbərlər
12:04 29.10.2012
1826
Azərbaycanda bir neçə polis rəisi işdən çıxarılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrləri ilə Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Cəlil Mehmanov və Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov tutduqları vəzifədən azad ediliblər. Onların hər ikisi sərəncama götürülüb.
OXŞAR XƏBƏRLƏR