Deputat İrana səsləndi: İllərdir İslamın təməlini təhqir etmiş erməniyə dəstək vermək...

Deputat İrana səsləndi: İllərdir İslamın təməlini təhqir etmiş erməniyə dəstək vermək...
SİYASƏT
14:45 12.09.2021
4037
"İran-Ermənistan əlaqələri əlbəttə bu iki dövlətin suveren hüququdur və üçüncü tərəfə qarşı yönəlməyənə qədər bu münasibətlərin gedişatına müdaxilə etməyə ixtiyarımız yoxdur. Lakin, təəssüf ki, bu gün fars-hay qardaşlığı "dövlətlərin suveren əməkdaşlığı" prinsipinin  sərhədlərini aşaraq bəşəri dəyərlər üçün təhdidə çevrilməkdədir".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında deputat Bəhruz Məhhərəmov deyib.

O bildirib ki, İran beynəlxalq hüquqa hörmət etmir: 

"İran beynəlxalq hüquqa və rəsmi Bakının iradəsinə zidd olaraq, icazəsiz Azərbaycan ərazilərindən separatçılara yükdaşıma fəaliyyətini davam edir. 

Baxmayaraq ki, rəsmi Bakı aylardır bu məsələnin siyasi qalmaqala çevrilməməsi, qonşuluq münasibətlərimizə xələl gətirməməsi üçün əlindən gələni etməkdədir. Amma görünən odur ki, erməni sevdası naminə rəsmi Tehran hər bir vəziyyətə, hətta, ortaq din və tarixi ənənələrə malik ən yaxın qonşusu ilə münasibətləri belə güdaza verməyə hazırdır. 

İrandan gətirilən naməlum "yüklər"  Azərbaycanın ərazi bütövlüyünü təhdid edən separatçılar üçün daşınır ki, bu da qondarma rejimə ayaqda qalması üçün açıq dəstək deməkdədir. Mollakratiya ola bilsin ki, beynəlxalq hüquq normalarını görməzdən gəlir, amma İran hökuməti ən azından özünün Ali dini liderinin Azərbaycanın ərazi bütövlüyünə dair verdiyi ədalətli bəyanata hörmətlə yanaşmalıdır. Eyni zamanda, cənub qonşumuz unutmamalıdır ki, həmin yüklərin nədən ibarət olması Azərbaycana dəqiqliklə bəllidir, həmin yüklərin regionda hansı balansın pozulmasına xidmət etdiyi də gün kimi aydındır sadəcə, bütün körpüləri yandırmamaq, mehriban qonşuluq və dostluq münasibətlərini qorumaq naminə, rəsmi Bakı hələ ki, susur. Lakin, cənub qonşumuz da unutmamalıdır ki,  Azərbaycanın bundan sonra da susmaq, yaxud, adekvat tədbirlər görməmək kimi bir öhdəliyi yoxdur. Bu məsələnin siyasi tərəfi. 

Deputat məsələnin mənəvi tərəfi haqda da danışıb: 

"Məsələnin bir də mənəvi yanı var. İslam dövləti olan İran məscidləri donuz damına çevirib bütün müsəlman aləmini aşağılayıcı formada təhqir etmiş Ermənistana bilərəkdən, yaxud, inandırıcı olmasa da bilməyərəkdən həmrəylik nümayiş etdirir.Tehran anlamalıdır ki, din adına olar-olmaz səbəblərdən insanları küçələrdə şallaqlamaqla iş bitmir, islam ali bir dəyərdir, həmrəylik fəlsəfəsidir və daha köklü yanaşma tələb edir. Bu mənada, heç şübhəsiz ki, illərlə İslamın təməllərini təhqir etmiş erməniyə dəstək vermək müqəddəs dinimizin özünə xəyanət, müsəlman həmrəyliyinə isə təhdid olduğu üçün İslam dünyası bu məsələyə münasibətini bildirməlidir. 

Bu gün İran dövləti yaxşı olar ki, Azərbaycanın 20 minlik "yolunu azmış" erməni əsilli vətəndaşlarının yox, özünün təməl haqları sual doğuran 30 milyonluq Azərbaycan türkü olan vətəndaşlarının, o cümlədən, 2 milyonluq ərəb toplumunun taleyinə diqqət ayrısın. Yox, mollalar hər şeyə rəğmən, illah da ermənilərlə qardaşlıqda israrlıdırlarsa,  bizəhmət buyurub münasibətlərini İran və Ermənistanın öz sərhədləri daxilinə daşısınlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya XİN onları ABŞ-ın Ukrayna üzrə danışıqlarına mane olmaqda ittiham edib
08:33 30.10.2026
Rusiya XİN onları ABŞ-ın Ukrayna üzrə danışıqlarına mane olmaqda ittiham edib
Bu ölkənin 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir
08:23 30.10.2026
Bu ölkənin 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:19 30.10.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İki helikopter toqquşub, ölənlər var
08:12 30.10.2026
İki helikopter toqquşub, ölənlər var
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
08:03 30.10.2026
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
08:00 30.10.2026
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
07:58 30.10.2026
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
07:56 30.10.2026
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
07:50 30.10.2026
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
07:40 30.10.2026
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
07:33 30.10.2026
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
07:23 30.10.2026
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
07:20 30.10.2026
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
07:17 30.10.2026
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
07:08 30.10.2026
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
06:50 30.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək