Xəbər verdiyimiz kimi, bu gün "Palmali" Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbul Ədliyyəsi tərəfindən həbs olunub.
Bir sıra sosial şəbəkə istifadəçisi iş adamının həbsini Azərbaycan dövləti ilə əlaqəndirərək, bunun sifariş olduğunu yazırlar.
AZXEBER.COM iş adamının həbsi ilə bağlı millət vəkili Fəzai Ağamalının mövqeyini öyrənib.
O Mənsimovun həbsinin Azərbaycan dövləti ilə heç bir əlaqəsi olmadığını qeyd edib: "Mən düşünürəm ki, Mübariz Mənsimovun həbsinin ciddi əsasları var. İş adamı ilə Azərbaycan hökuməti arasında ciddi xarakter daşıyan heç bir problem yoxdur.
Mübariz Mənsimovun müxtəlif şəxslərlə arasında müəyyən mübahisələr olub ki, bu mübahisə də dövlət səviyyəsinə qaldırılmalı deyil. Allah onun da yolunu açıq etsin.
Deputat deyib ki, Türkiyə hüquqi dövlətdir və qanunlar nə tələb edirsə, o da olmalıdır: Düşünürəm ki, Türkiyə dövlətinin bu işə qanun çərçivəsində öz yanaşması olacaq. Son olaraq bir daha qeyd edirəm ki, bunun Azərbaycan dövləti ilə əlaqəsi yoxdur”.