"Məlum məsələdir ki, Azərbaycanda milyonlarla şagird var. Eyni zamanda, müəllim kollektivləri var. Bu problemlər tək məktəblə bağlı deyil. Çünki hər bir uşağın tərbiyəsi ailə tərbiyəsidir, düşdüyü mühitdir. Təbii ki, sosial şəbəkələr də öz işini görməkdədir və bu proseslərin belə işıqlandırılmasında maraqlı olan müəyyən qüvvələr də var. Çünki Azərbaycanda ailə dəyərləri ilə bağlı, məktəb ilə bağlı hər hansı bir müsbət tendensiya yarananda o istər sosial şəbəkələrdə, istər digər istiqamətlərdə bu şəkillər, bu videolar yayımlanır. Təbii ki, hər bir insan başa düşməlidir ki, gələcək yetişdirmək üçün ilk növbədə onun hərtərəfli inkişafı vacibdir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev son günlər sosial şəbəkələrdə yayılan məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı danışarkən deyib.
Deputat bildirib ki, məktəblərdə müəyyən psixoloji çatışmazlıqlar var və bunların qarşısı alınmalıdır:
"Milli-mənəvi dəyərləri əldən almaq üçün dili əldən alırlar eyni zamanda, şagirdlər arasında belə problemlər yaradırlar. Düşünürəm ki, valideynlər həmişə bu məsələdə daha maraqlı olmalıdırlar. Daima müəllimin üzərinə getmək, məktəbin üzərinə getmək də düz deyil. Çünki məktəbdənkənar hadisələr də baş verir. Eyni zamanda, məktəb ərazisində də baş verir. Təbii ki, psixoloqlar da ciddi işləməlidir. Müəyyən psixoloji çatışmazlıqlar var. Bunların qarşısı alınmalıdır. Yəni tərbiyə elə qoyulmalıdır ki, gəlib bu həddə çatmasın. Qanunauyğun şəkildə məhz həmin valideynlərin məsuliyyəti bilinməlidir. Həmin şagirdlərin məsuliyyəti bilinməlidir. Yəni birmənalı şəkildə burada tək müəllimləri, məktəbi günahlandırmaq olmaz. Təbii ki, onların da müəyyən qədər cavabdehlikləri olmalıdır. Mütləq şagird və valideyn eyni zamanda valideyn və məktəb təması olmalıdır. Yəni əvvəllər müəllim tez-tez şagird kollektivlərində valideynlərin iştirakı ilə görüşlər keçirirdilər. Valideyn komitələri var idi. İndi də təbii ki, var. Lakin bir daha deyirəm ki, artıq informasiya o qədər çoxdur ki, informasiyalar o qədər çoxalıb ki, burada günahı tək kiminsə üzərinə qoymaq düzgün olmazdı. Koordinasiyalı şəkildə fəaliyyət göstərmək lazımdır. İstər narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı, istər tərbiyə, istərsə də, azyaşlı uşaqların nikah bağlaması ilə bütün proseslər daim nəzarətdə olmalıdır”.
Deputat kompleks şəkildə tədbirlərin həyata keçirilməsini təklif edib:
"Yəni biz gələcək genefond hazırlayırıq, eyni zamanda ailə tərbiyəsi Azərbaycanda təbii ki, müəyyən dayaqlara söykənir. Bəzi məsələlərdə mühafizəkar olmaq lazımdır, bəzi məsələlərdə müasirliyi nəzərə almaq lazımdır. Unutmaq lazım deyil ki, hər şagird gələcəyin atasıdır, anasıdır, mütəxəssisidir. Bu istiqamətdə kompleks şəkildə tədbirlər həyata keçirilməlidir”.
Ayşən