Deputat naxçıvanlılara güzəşt istədi

SİYASƏT
12:52 01.08.2013
1577

“Naxçıvanlıların təyyarə ilə Bakıya getməsi və geriyə qayıtması 40 manata başa gəlir".

Bunu 5 saylı Şahbuz-Babək Seçki Dairəsinin deputatı Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, bu, əhaliyə olduqca baha başa gəlir. "Modern.az"ın verdiyi məlumata görə, deputat təklif edib ki, dövlət həmin məqsədlə dotasiyanın həcmini artırsın.

S.Novruzov həmçinin bildirib ki, digər vacib məsələlər də var və növbəti sessiyalarda onları da qabardacaq.

OXŞAR XƏBƏRLƏR