Deputat: Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!

Deputat: Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!
SOSİAL
14:06 13.06.2025
462
Rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi "Azəriqaz” İstehsalat Birliyi və "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti də bununla xərcləri aradan qaldıra bilməyəcək.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsində deputat Əli Məsimli deyib.

"Hansı ölkələrdə istilik, qazla bağlı bu dərəcə inhisarlaşmış şəraitdə bu üsullardan istifadə olunur? Buradan belə məntiq çıxır ki, indi olmasa da, növbəti mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq. Hansı ölkələrdə istiliklə, qazla bağlı bu dərəcədə inhisarlaşmış şəraitdə bu üsuldan istifadə olunur? Hansı ölkələrdə bizdəki kimi keyfiyyətdə problem olanda təklif olunan üsuldan istifadə olunur? Bu suallar çoxdur. Rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi, belə şeylərlə "Azriqaz” və "Azərenerj”inin xərclərini tamamlamaq mümkün olmayacaq. Bu yenilik qəbul olunandan sonra onun maliyyə tutumu nə qədər olacaq?

Dağ yerlərində insanlar qazın pulunu verə bilməyəndə, qazı bağlayırlar, oduna keçirlər. Odun da baha olduğundan həyətlərindəki ağacları kəsirlər. Məntiq haradadır ki, qazın pulunu ödəyə bilməyib qazı bağlayır, odun ala bilmir, həyətindəki ağacı kəsir və ona əlavə deyəsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?! Burda heç bir məntiq görmürəm. Hesab edirəm ki, bunun arxasında o durur ki, neftin qiyməti aşağı düşəndə gəlirlərimiz də azalacaq, həmin "Azəriqaz”, "Azerenerji” kimi qurumlara dövlət dəstək verə bilməyəcək. Bu, optimal üsul deyil. Optimal üsul həmin sahələrdə islahatlara getməkdir”, - deyə deputat əlavə edib.
 
///apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb