Deputat: “Orta Dəhliz Şərqlə Qərbi birləşdirən mühüm platformadır”

Deputat: “Orta Dəhliz Şərqlə Qərbi birləşdirən mühüm platformadır”
SİYASƏT
12:20 02.09.2026
196
"Dünyada çox böyük iqtisadi, siyasi gücə malik olan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti dünya ölkələri üçün vacib bir platformadır”.

Bunu Milli Məclisin deputatı AZXEBER.COM-a açıqlamasında Tahir Rzayev deyib.

Deputat bildirib ki, sammitdə dünyanın 15-dən çox aparıcı dövlət rəhbərinin iştirakı bir daha onun əhəmiyyətli rola malik olduğunu göstərir:

"Bu təşkilatın iclaslarında iqtisadi məsələlərlə yanaşı, bəşəriyyəti narahat edən ciddi problemlər, münaqişələr, əməkdaşlıq və dialoq məsələləri gündəmə gətirilir və perspektivlər araşdırılır. Şanxay Əməkdaşlıq Təşkilatının sammitində dünyanın 15-dən çox aparıcı dövlət rəhbərinin iştirakı bir daha sammitin əhəmiyyətli rola malik olduğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin sammitə dəvət alması ona göstərilən böyük etimadın ifadəsi olmaqla, ölkəmizin beynəlxalq aləmdə nüfuz sahibi olduğunu bir daha aydın göstərir”.

Deputat qeyd edib ki, Prezidentin görüşlərində bir sıra mühüm məsələlər gündəmə gətirilib:

"Azərbaycan Prezidenti sammit çərçivəsində bir çox ölkələrin rəhbərləri ilə - İranın, Ermənistanın, Türkiyənin dövlət başçıları ilə görüşlər keçirmiş, fikir mübadilələri aparmış, mühüm tədbirlərdə yaxından iştirak etmişdir. Bu görüşlərdə gündəmdə olan əsas məsələlər- Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin təmin olunması, Azərbaycan-Ermənistan münasibətlərinin daha da yaxşılaşdırılması, İranla əlaqələrin möhkəmləndirilməsi, qardaş Türkiyə ilə münasibətlərə daha böyük önəm verilməsi, Orta Dəhlizin inkişafı üçün bir sıra məsələlərin gündəmə gətirilməsi olmuşdur”.

Tahir Rzayev əlavə edib ki, Orta Dəhliz Şərqlə Qərbi birləşdirən mühim bir platformadır:

"bu gün Mərkəzi Asiya ölkələrinin ortaq məxrəcə gəlməsi, Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi, Orta Dəhlizin inkişafı ilə əlaqədar məsələlərin həlli Azərbaycan və dünyanın bir çox ölkələri üçün vacib əhəmiyyət daşıyır. Orta Dəhliz Şərqlə Qərbi birləşdirən bir platformadır və bu dəhlizin istifadəyə verilməsi dünya ölkələrinin iqtisadi inkişafına da çox mühüm təkan verəcəkdir”. 

Parlamentari Azərbaycan Prezidentinin beynəlxalq tədbirlərdə irəli sürdüyü mövqeyə də toxunub:

"Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün beynəlxalq tədbirlərdə sülh, əmin-amanlıq, qonşuluq və əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini gündəmə gətirir və özünün bəyanatları ilə sülhsevər lider olduğunu göstərir. Bu tədbirdə də Azərbaycan Prezidentinin irəli sürdüyü ən başlıca fikir məhz bəşəriyyətin gələcəyi üçün əməkdaşlığı inkişaf etdirmək, təhlükəsizliyə əməl etmək və mehriban qonşuluq normalarını ciddi şəkildə qurmaqdır”.

"Şanxay Əməkdaşlıq Təşkilatının sammiti dünya ölkələrinin birgə fəaliyyətinə yeni önəm verməklə bərabər, həm də iqtisadi, siyasi əməkdaşlığı inkişaf etdirmək, dialoq mühitini yaxşılaşdırmaq üçün mühüm bir platformadır. Sammitin yüksək səviyyədə keçirilməsi və burada qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi dövlətlərin milli maraqlarına uyğundur.
Sözsüz ki, sammitin yüksək səviyyədə keçirilməsi, burada qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi hər bir dövlətin milli maraqlarına uyğundur və Azərbaycan da məhz bu maraqlar mövqeyindən daim çıxış edir”,-deyə deputat vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR