Deputat parlamentdə narkotik qəbul etmək istədi

Deputat parlamentdə narkotik qəbul etmək istədi
Bütün Xəbərlər
11:51 21.01.2012
1387
Polşada Palikot Hərəkatı partiyasının lideri Yanuşa Palikota ölkədə yüngül narkotik maddələrin dövriyyəsinin leqal olması üçün kampaniya başladıb. Deputat diqqətləri bu kampaniyaya cəlb etmək üçün parlamentdə narkotik qəbul etmək istəyib. Parlamentin spikeri (sabiq səhiyyə naziri) Eva Kopaç kəskin etirazla onun bu hərəkətinə mane olub. Parlamentdə qanunların pozulmasının mümkün olmayacağını deyən Kopaç müxalifət lideri Palikota barəsində məhkəmə iddiası qaldırılmasını tələb edib. Qeyd edək ki, Yanuşa Palikota az miqdarda narkotik maddə saxlamağın leqallaşması üçün qanun layihəsi hazırlayaraq parlamentin gündəminə gətirməyə hazırlaşır.
OXŞAR XƏBƏRLƏR