Deputat Vüqar İskəndərov Qazaxıstanın nüfuzlu media qurumunu ziyarət etdi - FOTOLAR

Deputat Vüqar İskəndərov Qazaxıstanın nüfuzlu media qurumunu ziyarət etdi - FOTOLAR
SİYASƏT
11:23 01.02.2023
200
Azərbaycan Milli Məclisinin üzvü, deputat Vüqar İskəndərov Qazaxıstanın Aktau şəhərində səfərdədir.

AZXEBER.COM xəbər verir ki, deputat bu gün Aktau şəhərində Manqustau Media Qrupunda olub. Vüqar İskəndərov agentliyin rəhbəri Gülmira Abışova ilə görüşdə Azərbaycan - Qazaxıstan münasibətləri haqda danışıb. 

O bildirib ki, Azərbaycan və Qazaxıstanı tarixi dostluq və qardaşlıq birləşdirir: "Bizim kökümüz eynidir, mədəniyyətimiz, tariximiz eynidir. Azərbaycan və Qazaxıstan hər zaman beynəlxalq arenada bir-birini dəstəkləyən ölkələr olub. 

Vüqar İskəndərov beynəlxalq münasibətlərdə Parlament diplomatiyasının rolundan danışıb: 

"Beynəlxalq əlaqələrin inkişafında Azərbaycan parlamentinin xüsusi önəmi var. Bu baxımdan parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur. Parlament çox mühüm hakimiyyət qoludur və onun işində beynəlxalq fəaliyyət prioritet istiqamət təşkil edir". 

Görüşdə həmçinin 2 fevral Qazaxıstanın Aktau şəhərində baş tutacaq Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu da müzakirə edilib.

Qeyd edək ki, Vüqar İskəndərov Azərbaycan - Qazaxıstan gənclərinin beynəlxalq həmrəylik forumunda iştirak etmək üçün Aktau şəhərində səfərdədir.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR