Qənirə Paşayevadan Müjde Ara sərt sözlər
AZXEBER.COM xəbər verir ki, millət vəkili Qənirə Paşayeva öz facebbok səhifəsində türk aktrisası Müjde Arın azərbaycan təhsili haqda dediyi fikrə öz sərt reaksiyasını bildirib.
"İşlərin çoxluğundan və yeni kitab üzərində çalışdığımdan bir neçə gündür mətbuat və medyanı,sosial şəbəkələri izləyə bilmirəm. Bir az öncə Türkiyəli aktrisa Müjdə Arın "Hürriyet" qəzetinin yazarı Ahmet Hakana müsahibəsi və bu müsahibə ətrafında yaranan müzakirələri gördüm. Öz düşüncəsində Azərbaycanı təhqir etdiyini düşünən bu aktrisanın müsahibəsini diqqətlə oxusanız onun "səviyyəsi"ni görə bilərsiniz. Müjdə Arı dəvət edirik gəlsin görək haradan alacaq o "dandık,saxta" diplomu Azərbaycanda. Yox əgər ala bilməsə o zaman Azərbaycandan üzr istəməlidir. Ölkəmizə, millətimizə sayğı göstərməyən, onu aşağılayan birisi qardaşımız da olsa ona sayğı göstərməməliyik və etirazımızı da hamımız söyləməliyik.Bir müddət öncə Türkiyəli bir sənətçi ilə bağlı hadisədə də söyləmişdim.
Azərbaycanı sevməyən, sayğı göstərməyən,aşağılayan bir insan hər hansı bir azərbaycanlını səmimi olaraq sevə bilməz. Sosial ağlardakı gənclərimiz Müjdə Ara etirazlarını göndərərək çox mədəni şəkildə üzr istəməyə çağırmalıyıq. Eyni zamanda bu reportajı yayımlayan Ahmet Hakana da öz etirazlarını göndərməlidirlər. Onlar və onlarla bərabər Azərbaycana dil uzatmaq, aşağılamaq niyyətində olanlar anlamalıdırlar ki. Azəbaycan xalqı bu kimi məsələlərə çox həssasdır və bu kimi açıqlamalar qəbuledilməzdir".
Qeyd edək ki, bir neçə gün bundan öncə aktrisa müsahibəsində diplomunun olmadığını, lazım olsa Azərbaycandan "dandik" (saxta) diplom alıb prezidentliyə namizəd olacağını vurğulamışdı.
Günel