Deputatdan Dilarə Kazımovaya dəstək gəldi: Ədalətsizlik oldu

Deputatdan Dilarə Kazımovaya dəstək gəldi:  Ədalətsizlik oldu
Bütün Xəbərlər
14:55 11.05.2014
1898
Millət vəkili Aydın Mirzəzadə "Eurovision"da uğursuz çıxış edən və 22-ci yeri tutan Dilarə Kazımovaya dəstək olub.
AZXEBER.COM xəbər verir ki, deputat bu haqda şəxsi "facebook" səhifəsində yazıb:
"Azərbaycanın Avroviziya-2014 mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımovanın ifasına verilən qiymətləri və tutduğu 22-ci yeri ədalətsiz hesab edirəm.

Həm mahnı gözəl idi, həm də ifa yüksək səviyyədə idi. Ancaq səhnə quruluşu uğursuz idi, daha uğurlu variant tapıla bilərdi.

Tutduğu yerdən asılı olmayaraq Dilarə xanımı təbrik edirəm, həmişə təmsilçilərimizin yanındayıq və uğurlarımızın bundan sonra da çox olacağına inanıram".

AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR