Deputatdan ‘Sərbəst toplaşmaq azadlığı haqqında’ qanuna ediləcək dəyişikliyə - MÜNASİBƏT

Deputatdan ‘Sərbəst toplaşmaq azadlığı haqqında’ qanuna ediləcək dəyişikliyə - MÜNASİBƏT
Bütün Xəbərlər
14:03 27.11.2013
925

“Aksiyalar zamanı kiminsə üzünü bağlaması və provakativ hərəkətlər etməsi yolverilməzdir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Fazil Mustafa söyləyib. Millət vəkili Milli Məclisin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı irəli sürülən təklifin tərəfdarı olduğunu söyləyib:

““Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı təklifi müsbət qarşılayıram. Çünki aksiyalar zamanı kiminsə üzünü bağlaması və provakativ hərəkətlər etməsi yolverilməzdir. Bu zaman hansısa bir hadisə baş verə bilər. Həmin hadisəni törədən şəxsin üzünün tanınması üçün bu əlavənin edilməsi labütdür”.

Qeyd edək ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə əlavələr gözlənilir.

Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə əlavələr gözlənilir. Milli Məclisdə bir qrup deputatın təklifi ilə müzakirəyə çıxarılması gözlənilən layihə aksiyalar zamanı maskalardan və digər üz örtüklərindən istifadədən qadağanın qanunvericilikdə təsbit olunması ilə bağlıdır.

Layihəyə görə, istənilən bayram və matəm tədbirlərində, dini mərasimlərdə, yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piketlərdə bir sıra qadağan olunmuş xüsusi vasitələrlə yanaşı, maska və digər üz örtüklərindən istifadə qanunvericiliklə qadağan olunur. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə xüsusi maddənin əlavə olunması da təklif edilir. Layihənin yaz sessiyasında parlamentdə müzakirəyə çıxarılması gözlənilir.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR