"Rusiya Hərbi Kontingenti bizim ərazimizə gələndən Azərbaycan qanunlarını pozmaqla məşğuldur. Bunların ərazimizə gəlməkdə məqsədi heç də sülhməramlılıq, xoşməramlılıq deyil. Bunların məqsədi bölgədə gərginliyi qoruyub saxlamaq və artırmaqdır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O, qeyd edib ki, Rusiya Hərbi Kontingentinin bu cür hərəkətləri birinci dəfə deyil: "Səbəb ondan ibarətdir ki, bölgədə həmişə Rusiyanın mövcudluğu təmin olunsun. Yəni, bu münaqişə tamamilə başa çatsa, tərəflər arasında gərginlik olmasa, bunlara da ehtiyac olmayacaq. Bu səbəbdən də Rusiya və ya Rusiya ilə bu istiqamətdə çox ciddi rəqabət və mübarizə aparan Qərb – Fransa kimi dövlətlər münaqişənin həmişə mövcud olmağına çalışırlar. Rusiya Hərbi Kontingentinin fəaliyyəti 1988-ci ildən 1992-ci ilə qədər gözümüzün qabağında olub. 20 Yanvar müsibəti, Xocalı soyqırımı hamısı bunların iştirakı ilə olub. Bu gün də onların bütün canlı qüvvəsi, hərbi texnikası da ermənilərin xidmətindədir. Buna görə də, onlar bizim QHT nümayəndələrinin aksiyasına bu cür reaksiya verirlər".

Deputat qeyd edib ki, aksiya iştirakçıları Volkovun gəlişini istəyir, amma onlar ağır texnika gətirirlər:
"Fikir verin, QHT nümayəndələri aksiya keçirirlər və nə tələb edirlər, Volkovla görüşmək. Volkov gəlmir, əvəzində tabeliklərində olan ağır texnika gətirirlər bizimkilərin üstünə. Nədir, bəlkə gülləbaran eləmək istəyirsiniz bu camaatı? Öyrəşmisiniz siz buna tarix boyu etmisiniz, yenə də edə bilərsiniz. Sizdən bunu gözləmək olar”.
E. Məmmədov bu cür aksiyaların tam hüquqi olduğunu deyib:
"Təbii ki, keçirilən aksiyalar tam hüquqidir, səlahiyyətlidir və alqışlanmalıdır. Daha güclü, daha kütləvi aksiyalar keçirmək lazımdır. Bunların Azərbaycan qanunlarını pozmasının qarşısını almaq lazımdır. Bunların ərazi bütövlüyümüzə olan hörmətsizliyinə son qoymaq lazımdır. Necə ola bilir ki, dünyanın müxtəlif ölkələrindən istənilən adam, Azərbaycana dost olmayan ünsürlər ərazimizə sərbəst gəlib-gedə bilirlər, bizə qarşı müxtəlif kompaniyalar yarada bilirlər, İrandan, Fransadan, başqa dövlətlərdən terror-diversiya qüvvələri gəlib ərazimizdə yerləşə bilir, ancaq Azərbaycan vətəndaşı özünün vətəndaşlıq hüququndan istifadə edib Azərbaycan ərazisində hərəkət edə bilmir?! Yəni bu, absurd, anormal bir vəziyyətdir. Buna görə də, bu aksiyalar davamlı olmalıdır və onlar başa salınmalıdır ki, saləhiyyətiniz nədən ibarətdir”.
Aydın Nuri